Page 171 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 171

İnqval Svinsos

          arvadı ikinci maral dərisinə yaxşı-yaxşı bükmüşdü, çünki şaxta
          aman bilmirdi.
             Onlar geri qayıdanda hava hələ işıqlıydı. Pederfredrik, az
          qala, yerə kimi əyilib, bütün gücüylə yenə arabanı üzüyuxarı
          dartırdı. Tər şırımları üzündə donub çirkli sırsıraya dönmüş,
          bütün bədənini tər basmışdı. Səhər olduğu kimi, yenə
          beynində fikir dolaşırdı: necə eləsin, həqiqətənmi Tanrı ondan
          kömək gözləyir?..
             Kənddə sədəqə verən adamlar ona deyirdilər ki, bu zülmə
          tab gətirmək çox çətin olacaq, bəlkə, arvadını da götürüb
          dərəyə enəsən? Onlar dönə-dönə deyirdilər ki, sənin canın
          daşdan deyil, özün də daha cavan yox, yaşlı adamsan. Düz sözə
          nə deyəsən? Məlum məsələdir, özü də hiss edirdi ki, tezliklə
          əldən-ayaqdan düşəcək, çox duruş gətirməyəcək.
             Dağın yalına çatanda nəfəs dərmək üçün ayaq saxladı.
          Kirşənin kəndirini əlində sıxa-sıxa düşünür, elə hey düşü -
          nürdü... Bəlkə, həqiqətən də, hər şey ondan asılıdır? Bayaq
          elə Kersti-Mayya da demişdi ki, onlardan biri evə qayıtma -
          yacaq. Bəlkə, bu, elə ona son işarədir?
             Uçurumun düz qarşısında dayanıb yenə nəfəs dərdilər.
          Pederfredrik arvadını bükdüyü maral dərisini düzəldə-düzəldə
          ondan donub-donmadığını xəbər aldı. Kersti-Mayya cavab   171
          verdi ki, üşüməyinə üşümür, amma onda nəsə əcaib şeylər baş
          verir. Arvadı ona gözünü çəkmədən, çox diqqətlə baxırdı. Ped-
          erfredrik üzünü yana çevirdi. Arvad nəsə qəribə olmuşdu.
          Nolub ona, görəsən? Görünür, yuxusundan yana belə narahat -
          dır. Hə, Kersti-Mayya yuxuya inanandır.
             Beynindəki fikir ona dinclik vermirdi. Əgər yerin-göyün
          yiyəsi, həqiqətən, ondan kömək gözləyirsə, onda bu köməyi
          göstərmək üçün əsl məqam idi. Yer çox əlverişli yerdi, kəndiri
          əldən buraxmaq yetər ki, kirşə uçurumdan üzüaşağı yuvar -
          lansın. Amma hardan bilsin ki, bunu eləmək, həqiqətən, ona
          tapşırılıb? Axı Tanrı özü kəndiri onun əlindən dartıb ala bilməz,
          kirşəni uçurumdan aşıra bilməz. Belə şey ömründə olmayıb,
          heç zaman da olmayacaq.
   166   167   168   169   170   171   172   173   174   175   176