Page 176 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 176
XX əsrin Norveç hekayələri
– Yox.
Yaxınlıqda dayanmış kardinal, az qala, ikiqat olan zəvvarın
dediklərini eşidir:
– Beş yüz min dollar!
Papa XII Piy gözəl qollarını həvarilərsayağı yana açıb gülə-
gülə deyir:
– Yox, dostum, yox, bu, mümkün deyil.
– Milyon dollar! – amerikalı ucadan səslənir.
– Təəssüf edirəm, amma olmaz, – papa inadından dön-
mür.
– İki milyon!
Zəvvar kor-peşman çıxıb gedəndən sonra kardinal soruşur:
– Müqəddəs ata, o, niyə sizə bu qədər pul vermək istə -
yirdi?
– Hm, – XII Piy gülümsünür, – o, qəzetlərdən oxuyub ki,
mən Pasxa bayramında Müqəddəs Pyotr meydanında
möminlərin qarşısında çıxış edəcəyəm.
– Nə olsun?
– Bilirsiniz, dostumuz istəyirdi ki, mən hər dəfə “amin”
söyləmək lazım gələndə, “koka-kola” deyim. Bu isə, bildiyiniz
kimi, mümkün deyil.
Yapon qızı – tibb bacısı həlak olan kimi, bu hekayəti sa-
176
londa toplaşan kommivoyajerlərə danışdım. Tibb bacısı ölüm
ayağında demokratiyanı tərifləməyə macal tapdı, orkestr
çalmağa başlayanda isə çikaqolu leytenant bəyan etdi ki,
bütün insanlar bərabərdir.
Bu hekayəti niyə danışdım? Ona görə ki, burada topla -
şanların hamısı dövlətdən narazı idi. Bizim dövlətdə isə, mə -
lum olduğu kimi, televiziya reklamları qadağan edilib. Onlara
dedim ki, biz indi Birləşmiş Ştatlarda olsaydıq, baxdığımız filmi
tez-tez kəsib, maraqlı məlumatlar verərdilər – məsələn, içalat
kolbasası və ya tutalım, koka-kolanın məziyyətləri haqqında.
Ayağımı ləzzətlə uzadıb, həmsöhbətlərimin qəzəbli çıxış -
larından zövq alırdım. Hamısı da ona görə ki, mənə viski içməyi
qadağan etmişdilər! Hə, üstəlik, mənə siqaret də çəkmək ol -
mazdı!