Page 177 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 177
Odd Eydem
– Bu, ciddi məsələdir, belə şeyləri zarafata salmaq olmaz, –
dəri məmulatların satışı üzrə ixtisaslaşmış agent dilləndi. – Siz,
doğrudanmı fikirləşirsiniz ki, Amerikada keşişi dilə tutub, tele-
viziya kanalında ona “Ya koka-kola, bizi hidayət eylə!”–
dedirtmək olar?
Gülüşmə düşdü.
Mənimsə gülməyim gəlmirdi. Amerikalılardan baş açmaq
çətindir; hərdən mənə elə gəlir ki, onlar dollar qazanmaq
imkanı verən heç bir təklifdən imtina etməzlər.
Kommivoyajerlərdən biri kanalı çevirdi, ekranda gözəlliyi
göz qamaşdıran bir norveç qızı peyda oldu. Yersiz-yersiz
gülümsəyən aparıcı qız lansmolda danışırdı. O, “qar dənəciyi
1
kimi yüngül, xarlanmış qar kimi sərt sözlər” haqqında nəsə
qırıldatdı; sonra ağıldanseyrək təsiri bağışlayan, sir-sifətindən
kədər yağan bir oğlan göstərdilər; o, əbədiyyət-filan haqqında
sərbəst şeir oxumağa başladı. Deyəsən, şeirdə “həyatın köhnə
sirləri”ndən də danışılırdı. Hirslənib özündən çıxan kommivo -
yajerlər ağız-ağıza verib qışqırışdılar:
– Lənətə gəlmişlər! Məgər bu, siqaret və ya kərə yağı
reklamından yaxşıdır?
Əlbəttə, bu demaqoqun sualına müsbət cavab vermək çox
çətindir. On dörd kommivoyajerdən dördü televizora hücum
çəkib kanalı dəyişdirdilər, sonra Skandinav ölkələrinin tele- 177
viziya proqramlarında reklamın taleyi ilə bağlı mübahisə
etməyə başladılar.
– Məgər bu əttökən el şairi əttökən poeziyanı reklam et-
mirdi?
– Şübhəsiz!
– Elə isə qoy pivəçəkən də ekrana çıxıb, öz halal malından
bir parç içsin də, ona niyə icazə vermirlər?
Mən hələ də kirimişcə oturub Amerika haqqında fikir -
ləşirdim. Bu yaxınlarda Vaşinqtona getmişdim, orada nələr
gör mədim… “Xarrinqton” hotelində qalırdım. Demək olar,
bütün günü enli, ikiadamlıq çarpayıda uzanıb şellənir, tele-
viziya verilişlərini izləyirdim.
1 Lansmol – yerli dialektlərə əsaslanan Norveç dili