Page 178 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 178
XX əsrin Norveç hekayələri
Əvvəlcə “Birgünlük kraliça” verilişinə baxdım. Bir neçə ətli-
qanlı xanım bir gonbul cənabın qarşısında dayanmışdı.
Qadınlar son ildə başlarına gələn müsibətlər haqqında
danışırdılar. Mahiyyət etibarilə bu, “ən ağır zaval” müsabiqəsi
idi. Onlardan birinin əri ölmüş, o biri azarlayıb xəstəxanalıq
olmuş, üçüncü – peşəkar pianoçu – hər iki əlini itirmişdi və s.
və i.a. Müsabiqənin qalibi “Günün kraliçası” elan olundu.
Onun başına par-par parıldayan tac qoydular, əlinə hökmdar
əsası verdilər; gurultulu musiqi sədaları eşidildi və səhnənin
pərdəsi açıldı… Əzabkeş “kraliça”nı mükafatlandırmaq istəyən
müxtəlif firmaların hədiyyələri səhnəni doldurmuşdu. Burada
nələr yoxdu: müasir mətbəx qarnituru – U.U.Smit firmasından;
son model “Ford” avtomobili; U.U.Conson firmasından bir
neçə yüz banka mürəbbə; U.U.Smit firmasından turist
ləvazimatı; biri böyük, digəri nisbətən kiçik iki ədəd mühərrikli
qayıq. Kraliça, – başqa sözlə, “Mater Dolorosa” sevincindən
yerə-göyə sığmırdı: “Elə xoşbəxtəm ki!..” Bu ilin iyul ayında
atalarını itirmiş altı uşaq səhnəyə doğru cumdu; onlardan biri
səsini başına atıb qışqırdı: “Biz çox xoşbəxtik, ana!” Sonra
uşaqlar (bu dəqiqələrdə onlar şahzadə sayılırdılar) öz
178 xeyirxahlarına minnətdarlıq əlaməti olaraq, anaları ilə birgə
mahnı oxumağa başladılar. Səhv etmirəmsə, hansısa quşcuğaz
haqqında mahnı idi.
Beləliklə, əyalət şəhərinin mehmanxanasında oturub,
boru cuqla koka-kola içə-içə, kommivoyajerlərin söhbətinə
qulaq asırdım. Onlardan biri dedi ki, Bethovenin simfoniyasını
kəsib, içalat kolbasasının reklamını vermək olmaz. Yaxşı çıx -
maz. Amma ayrı-ayrı verilişlərin arasındakı fasilə zamanı içalat
kolbasasını da reklam etmək olar, lap elə xizək yağını da. Bu -
nun ziyanı yoxdur. Hətta kinozalda da reklam verirlər. Hələ
qəzetləri demirəm: qəzetlər elan vermədən yaşaya bilər? Həm
də bu, kimə mane olur ki?
– Qulaq asın, – onlardan biri üzünü mənə tutdu, –
deyilənlərlə razısınız?