Page 183 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 183
Odd Eydem
– Deməli, tamamilə sağalıb, hə?
– Hə, – ailə həkimi nikel sağanaqlı eynəyini çıxarıb cavab
verir.
– Amma bir il əvvəl onu xilas etmək mümkün olmazdı,
elədir?
– Elədir, missis.
– Niyə axı, həkim, niyə?
– Ona görə ki…
Yaşlı ailə həkimi dərman şüşəsini göstərir.
– Bir il əvvəl hemofiliya xəstələrinə “SİM” preparatı vurur-
duq. Amma köməyi dəymirdi. Minlərlə xəstə tələf olurdu.
Amma bu il iki yüz əlli alimin birgə səyləri nəticəsində ziyansız
“SİM” həbləri hazırlandı. “SİM” – yaradan axan qanın laxtalan -
masına kömək edir. “SİM” Amerikada hemofiliya xəstəsi olan
bütün insanlara ümid bəxş edir!
Növbəti kadr. Ailə həkimi Meri ilə söhbət edir.
Meri:
– Doğrudan, ailə qura bilərəm?
– Əlbəttə, Meri.
– O! Bunu Billə demək lazımdır!
Ailə həkimi gülümsünür:
– Qorxmursan ki, Bill səni unuda bilər? Yeri gəlmişkən, 183
hanı Bill?
Bill (irəli çıxır):
– Buradayam, doktor! Meri mənim üçün hələ də dünyanın
ən füsunkar qızıdır! Siz zəmanət verə bilərsinizmi ki...
– Uşaqlarınız hemofiliyadan əziyyət çəkməyəcəklər? Hə,
zəmanət verə bilərəm. “SİM” preparatının sayəsində.
– “Selabim” dediniz?
– Yox, “SİM” dedim.
Billə Meri öpüşürlər. Öpüşə-öpüşə qapını açırlar. Əvvəllər
hemofiliyadan əziyyət çəkən Con oyuncaq elektrik qatarı ilə
oynayır, ailə üzvlərinin üz-gözündən xoşbəxtlik yağır. Orqan
musiqisi səslənir. Ekranda yazı görünür: “Hemofiliya xəstəliyin -
dən əziyyət çəkən Conun başına gələnlər”. Olmuş hadisədir.