Page 182 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 182
XX əsrin Norveç hekayələri
– Zavallı Bill! Allah səbir versin!
Meridən müsahibə alırlar. Ekranda qızın titrəyən çiyinləri
görünür.
– O-o-o, başıma haranın daşını salım? Elə bədbəxtəm ki!
– Zavallı Meri! Ağlama, əzizim.
– İndi mən neyləyim, neyləyim? O-o-o! Bill məni tərk
etmək istəyir. Onu başa düşürəm. Hə, onu başa düşürəm!
– Doğrudan? Doğrudanmı ona acığın tutmur?
– Hə, onu başa düşürəm! Axı Con hemofiliya xəstəsidir, bu
isə o deməkdir ki, uşaqlarımız da hemofiliyaya tutula bilər!
– Ümidini itirmə, Meri! Bəlkə, çıxış yolu tapılacaq?
Merinin sifətini iri planda göstərirlər.
– Sizcə, çıxış yolu tapılar?
(Orkestr çalmağa başlayır.)
Yeni kadr: balaca Con bıçaqla barmağını yaralayıb. Kəsik-
kəsik nəfəs alan uşaq ağlayır. Qanı dayanmır. Həkimlər
matdım-matdım baxışırlar.
– Onu itiririk!– tibb bacısı haray salmağa başladı.
– Verilişimizə davam edəcəyik, hələlik isə sizə bir xəbə -
rimiz var.
Gecədir. Bir cavan qız çarpayıda uzanıb. O, qızdırmalıdır,
182 yataqda qıvrılır, inildəyir. Musiqi səslənir, qızın alnında tər
damcıları puçurlanıb. Qız yüngülcə öskürür. Cizgi filmindəki
ördək Donaldın nidalarına bənzəyən gurultulu səs eşidilir:
– Qripləmisən? Qripləmisən? Qripləmisən? – səs əks-səda
verir.
Musiqi: “Ave Mariya”.
Yeni kadr: qız başını yastıqdan qaldıra bilmir, onun qoca
anası “O-key” həbini stəkandakı suya salır. “Ave Mariya”nı tvist
əvəzləyir. Qız dərmanı içib, yuxuya gedir. Mələklərin nəğməsi
eşidilir; yenicə çıxan günəşin işığı onun tərli alnını oxşayır.
Yenidən Conu göstərirlər. O, döşəmədə oturub elektrik
qatarı ilə oynayır. Ata-anası, ailə həkimi (o, nikellənmiş
sağanağı olan gözlük taxıb) ilə birlikdə, deyə-gülə oğlanın oyu-
nuna tamaşa edirlər. Birazdan ona həb verirlər və oğlan
oynamağa davam edir.