Page 180 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 180
XX əsrin Norveç hekayələri
qasının musiqisini dinləmək əvəzinə, tamaşaya baxmalı olur-
san.
Təbii ki, bu halda səslər dekorasiya horrasına qərq olur.
Dediyim kimi, bu faktdan nəticə çıxaran amerikalılar yeni,
qazanclı əyləncə növü yaradıblar. Avropalılar isə lazımınca
düşünüb-daşınmadan buna etiraz edir, pisləməyə çalışırlar.
Həyat nədir? Hə, əlbəttə, Tanrıyla ünsiyyət, ana kultu və bu
kimi şeylər. Amma həyat həm də biznes və əyləncə deməkdir.
Sizə hemofiliya xəstəsi olan Conun tarixçəsini danışmaq
istəyirəm.
Bu verilişə də Vaşinqtondakı hoteldə, ikiadamlıq çarpayıda
uzanıb baxmışam.
Ekranda “Con” adlı oğlan görünür. Neçə yaşı olar, səkkiz?
Yox, olsa-olsa, altı yaşı olar. O, öz evində oynayır, gözlənilmə -
dən (bu zaman orkestr çalmağa başlayır) ayağı ilişib yıxılır –
alnındakı çapıqdan qan fışqırır.
Diktorun səsi eşidilir:
– Con hemofiliya xəstəsidir! Qanı laxtalanmır.
Hələ ki, tamaşa göstərir, Conun başına gələnləri canlan -
dırır dılar. Ardınca elan etdilər ki, indi “hadisə yerindən repor-
180 taj” veriləcək… Xəstəxananı göstərdilər, televiziya işçiləri
tö kü lüşüb gəldi. Bu zaman balaca Cona qan köçürürdülər.
Mikrofonu onun ağzına tutdular; oğlan ağır-ağır nəfəs alırdı.
Ağzına tənzif bağlamış həkimin ehtiyatlı davranışı, diqqətli
baxışları dramatizmi daha da artırır. Telereportyorlardan biri
soruşdu:
– Uşaq sağalacaq?
– Bir il əvvəl olsaydı, həyatını itirərdi, – həkim əlini yuya-
yuya cavab verdi, – amma indi…
– Sözünüzü tamamlamadınız, Bill? – reportyor əl çəkmədi.
– İndi ümid var, böyük ehtimalla sağalacaq!
– Bir dəqiqə, – reportyor dedi, – hemofiliyadan əziyyət
çəkən oğlan haqqında verilişimizi davam etdirəcəyik, hələlik
isə tamaşaçılarımıza bir xəbəri çatdırmaq istəyirik.