Page 175 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 175
Odd Eydem
Asudə vaxtlarda
ir dəfə axşam ziyafətində Norveç yazıçılarından biri
Büzünü katolik keşişinə tutub dedi:
– Bilirsiniz, tez-tez fikirləşirəm ki, bəlkə, katolik dinini
qəbul edim?
– Hə, – keşiş soyuq səslə cavab verdi, – üç qədəh viski
içəndən sonra belə deyənlər çox olur.
Əyalət mehmanxanalarından birində qaldığım vaxtlarda
(qış ayları idi, xəstəlikdən yenicə sağalmışdım) həyata ayıq
gözlə baxan paterin sözlərini tez-tez xatırlayırdım. Bəzən digər
müsafirlər – kommivoyajerlərlə birgə, axşamlar oturub tele-
vizora baxırdıq. Demək istəyirəm ki, orada dörd qədəh viski
içəndən sonra belə, dini hissləri aşıb-daşan adama rast gəl -
mədim.
Bir dəfə televizorun qarşısında on dörd nəfər toplaşmışdı.
İsveç televiziyasından amerikalılar haqqında film gös tərirdilər;
amerikalı əsgərlər cəngəllikdə bir-birini qırıb-çatırdı. Nəhayət,
çikaqolu leytenant yapon tibb bacısı ilə tək qaldı. Havada
güllələr uçuşurdu. Leytenant qızı öpəndə orkestr musiqi 175
çalmağa başladı: belə çıxırdı ki, əsgərlər cəngəlliyə özləri ilə
orkestr gətiriblər…
Mən viski əvəzinə (həkim qadağan eləyib) borucuqla koka-
kola içirdim. Alaqaranlıq, otaqda közərən siqarların işartıları
ilə sayrışırdı. Viski içənlər stəkanları qaldırıb-qoyduqca yüngül
tıqqıltı eşidilirdi. Təəccüblü deyil ki, bu dəqiqələrdə mən
müqəddəs kilsə və Amerika haqqında fikirləşirdim. Əlbəttə,
bu, viskinin, daha doğrusu, koka-kolanın təsirindən idi.
Məşhur Roma Papası XII Piy haqqında bir hekayət danış -
maq istəyirəm.
Amerikalı diribaş tacirlərdən biri nə yollasa papanın qəbu -
luna düşür. O, diz üstə çöküb papanın ayaqqabılarını öpmək
istəyir, dodaqaltı nəsə mızıldanır. Papa isə ona belə cavab
verir: