Page 172 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 172
XX əsrin Norveç hekayələri
Əgər bilsəydi, düzünü bilsəydi...
– Mənə elə gəlir ki, bir də öz qazmamızı görməyəcəm.
Pederfredrik tez dönüb ona baxdı. Bu axı onun beynindəki
fikrə cavab idi! Deməli, olacağa çarə yoxdur. İndi daha
ürəyində şübhə qalmamışdı.
– Yerin rahatdır? – Pederfredrik soruşdu və kirşədə arva -
dının yerini bir az da rahatladı.
Kersti-Mayya cavab vermədi, yalnız mehribancasına ərinin
üzünə baxdı. Pederfredrik kəndiri azacıq boşaltdı, onun əlləri
əsirdi. Amma elə ki kirşə bir balaca yerindən tərpəndi, o, qorxu
içində kəndirdən bərk-bərk yapışdı. Kersti-Mayya, deyəsən,
heç nə hiss etmədi – nə kirşənin yerindən tərpənməsini, nə
də ərinin kəndiri əlindən buraxmasını.
Pederfredrik yenə əlini boşaltdı, amma kirşə aşağıya doğru
sürüşən kimi tez kəndirdən yapışıb, onu elə möhkəm dartdı
ki, arvadı bunu hiss edib üzünə baxdı. Sonra Kersti-Mayya
təzədən üzünü yana çevirib uzaqlara baxdı və daha heç nə
demədi. Pederfredrik yarğana boylandı, onu soyuq tər bas -
mışdı, içində gərgin, üzücü mübarizə gedirdi. Fikirləşdi ki, indi
Tanrını sınaqdan keçirər: kəndiri əlindən buraxar və gözünü
bir anlığa qıyıb baxar – əgər kirşə çox uzağa getsə, deməli,
172 Tanrının hökmü belədir.
Kersti-Mayya başını dərəyə tərəf döndərib, Marken
kəndinin həyətlərinə baxır, sanki nəyisə gözləyirdi. Peder-
fredrik ona nəsə demək istədi, amma dilindən bir kəlmə də
qopmadı. O, gözünü bərk-bərk yumub, kəndiri əlindən burax -
dı. İndi onun sifəti qorxudan eybəcər hala düşmüşdü. Kirşə
sürüşməyə başladı, Kersti-Mayya isə kirşədə hərəkətsiz otu-
rub, gözünü qarlı zirvəyə zilləmişdi.
Kirşə sürətini artıranda Pederfredrik gözlərini lap bərk
yumdu. Sonra gözünü açıb uzaqlaşan kirşəni görəndə içindən
ümidsiz bir çığırtı qopdu və bütün gücüylə kirşənin arxasınca
atıldı. Əlini qabağa uzatdı, az qaldı ki, kəndirin ucundan yapışa
bilsin. Ancaq kirşə artıq sürüşkən buz qatının üstüylə üzüaşağı
şütüyürdü.