Page 170 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 170
XX əsrin Norveç hekayələri
Axırıncı yamacı da aşdılar, indi kirşəni rahat dartmaq
olardı. Qalın buz qatı metal kimi parıldayır, Pederfredrik gün
işığına bürünmüş qarlı zirvəyə baxanda hər dəfə gözünü
qıyırdı. Dağdan endirəndə bütün ağırlığını kirşənin üstünə
salmışdı, kəndiri əldə saxlamaq xeyli güc tələb edirdi. Donmuş
dağ gölünə çatanda Kersti-Mayya dedi:
– Nəsə ürəyimə damıb ki, bu gün ikimizdən birimiz evə
qayıtmayacaq...
Pederfredrik qanrılıb diqqətlə onun üzünə baxdı:
– Nə danışdığındı? Sən nə deyirsən?
Kersti-Mayya gözlərini yumşaqca qaldırıb baxdı; baxışları
o dərəcədə sakit, o dərəcədə həlimdi ki, gəl görəsən!
– Gecə yuxu görmüşəm, Pederfredrik, – o, cavab verdi. –
Bilirəm, sən bu gün evə tək qayıdacaqsan...
– Kersti-Mayya, yuxuya inanmaq lazım deyil...
Və birdən ağlına qəribə fikir gəldi: bəlkə, bu, ona bir
işarədir? Dünyada hər şeyi idarə edənin işarəsi? Bəlkə,
Pederfredrikə Tanrıya kömək etmək xoşbəxtliyi nəsib olub?
Yəqin, belədir. Bu işarə ona aid olmayıb, kimə aid olacaq ki?
Özü də bu, birinci işarə deyil!
170 Reynfellet arxada qalmışdı, artıq Marken kəndinin enişi
başlanırdı. Günəş yamacın sərt yolunu işıqlandırırdı. Bir dəfə
yazda burada uçqun olmuşdu, dağ uçmuşdu, nəhəng daş
parçaları qopub ətrafa səpələnmişdi. İndi qalın qar örtüyü
altında onlar böyük ağ evlərə oxşayırdı. Pederfredrik aşağı
baxanda dizləri əsdi. Burada çox ehtiyatlı olmalısan, çünki
yoxuş yaman sərtdi. O biri yolla getmək bundan da betərdi,
orada hər addımda qarşına daş-kəsək çıxırdı. Reynfelletdən
aşağı düşənlərin hamısı bu yolu seçirdi: təhlükəli olsa da, eybi
yox, hələ ki, burada heç kəsin başına bəla gəlməyib.
Markendə Pederfredrik qapı-qapı düşüb həyətləri
gəzməyə başladı, hər evdə də ona nəsə verdilər. Görünür, bu
dəfə də kirşə tam yüklənəcəkdi. O, evləri gəzdiyi müddətdə
Kersti-Mayya kəndin qırağında oturub gözləyirdi. Pederfredrik