Page 173 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 173
İnqval Svinsos
Pederfredrik qarın üstünə yıxılıb kirşənin arxasınca sürü -
nür, dayanmadan, nəfəs dərmədən qışqırır, çığırtısı har adasa
aşağıda, uçurumun dibində əks-səda verirdi.
Yarğanın kənarına çatıb oturdu. Kirşənin havada necə
çevrildiyini görəndə zarıya-zarıya yuxarı dırmaşmağa başladı.
Lap yuxarı çatanda qamətini düzəldib dik dayandı. O, əllərini
hiddətlə göyə qaldırıb, yalvarır, hədələyir, tələb edirdi ki, Tanrı
ona cavab versin: Pederfredrik onun iradəsini düzmü yerinə
yetirib.
Amma heç bir cavab almadı. Onun eşitdiyi güclü, davamlı
səs Tanrının səsi deyildi, qütb parıltısına ulayan canavarların
sə si idi.
173