Page 169 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 169
İnqval Svinsos
Pederfredriklə Kersti-Mayya Miladdan sonra ilk dəfə yola
çıxanda günəşli bir qış günü idi. Fevralın axırlarında dağlar gün
işıqında əcəb parıldayır. Amma havada bərk şaxta vardı, iliyə
işləyən soyuq külək əsirdi. Kersti-Mayya xahiş elədi ki, Peder-
fredrik onu bir dəriyə də büksün, Pederfredrik də başqa bir
maral dərisini götürüb arvadın üstünə sərdi və fikirləşdi ki, indi
kirşə bayaqkından ağır gedəcək. Onun heç də arvadına görə
acığı tutmurdu, bilirdi ki, xəstəliyə görə yazıq özü günahkar
deyil. İndiyəcən mehriban yaşamışdılar, birinin sözü həmişə o
birinin boğazından keçmişdi. Pederfredrik arvadı sarıdan olan
bu ağır yükə görə hirsliydi. Amma bir iş də var ki, Kersti-Mayya
ölüm arzulayırdı, deyirdi keşkə tez ölüb gedəydim... Hə, bunu
özü deyirdi...
Pederfredrik fikirləşdi ki, onu da başa düşmək lazımdır, axı
bu iş öz başına gəlsəydi, həyat ona da belə məşəqqətli görü -
nərdi! Yox, yaşamaq bu arvadın nəyinə lazımdır? Elə Tanrı da,
görünür, bunu istəmir, heç bunu istəməz də!
Kirşəni zorla dartırdı, tər papağının altından süzülüb gö -
zünə tökülür, yanaqlarında çirkli şırımlar salırdı. Sərt yoxuş -
larda tövşüyürdü, nəfəsi çatmırdı. Həm də işdən yadır ğaması
öz sözünü deyirdi, axı demək olar ki, qışın tən yarısını evdə
oturmuşdular, heç yana getməmişdilər. 169
Arvadını dağ yoluyla Marken kəndinə aparırdı. Fikirləşirdi
ki, əgər çox şey versələr, yenə dağı dörd dəfə o üz-bu üzə
keçməli olacaq. Ağır yüklənmiş kirşə ilə düz dörd dəfə!.. Ovqatı
korlandı, ağır-ağır nəfəs alıb, arvadına sarı döndü. Kersti-
Mayya maral dərisinə bərk-bərk bürünüb arabada oturmuşdu.
Rəngi yaman solğun idi, hətta necəsə göyərmişdi.
– Sənə soyuqdur? Üşüyürsən? – Pederfredrik ondan
soruşdu.
– Yox, çox da üşümürəm. Amma şaxta yaman sərtdir, qılınc
kimi kəsir.
Pederfredrik dayandı, maral dərisiylə arvadının üstünü bir
az da bərk örtdü. Arvad qış aylarında lap çox üşütmüşdü, axı
yerindən tərpənə bilmirdi.