Page 165 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 165
İnqval Svinsos
Kersti‐Mayya uçurumu
dətən, Pederfredrik kimi çağırılan Peder Fredrik yarı -
Alopar idi. Lapland qızı olan anası onu fyorddakı ticarət
qəsəbəsinə səfər zamanı qazanmışdı. Pederfredrik loparların
əksəriyyətindən cüssəli idi, boyca da onlardan hündürdü.
Amma yerişi xalis lopar yerişiydi, ayaqlarını sürüyə-sürüyə
gəzirdi. O, dağda yaşayırdı, uzun illər varlı bir laplanda çobanlıq
edib, Reynfellet dağlarında maral otarmış, Kersti-Mayyaya da
elə orada rast gəlmişdi. Nəsə bir-birinin ürəyinə yatdılar və
evləndilər. Amma uşaq istəmirdilər, çünki özlərini güclə
dolandırırdılar. Axı nə evləri vardı, nə eşikləri. Kasıblar üçün
ən ağır günlər idi – istər dağda olsun, istər dərədə.
Bir müddət sonra Reynfelletin yamacında özlərinə bir
qazma da düzəltdilər. Pederfredrik maral otarır, Kersti-Mayya
isə ev işlərini görə-görə başlarını birtəhər girləyirdilər. Belə
baxanda, başqa kasıblardan pis dolanmır, hələ, bəlkə də, yaxşı
yaşayırdılar. Hərdən olurdu ki, Pederfredrik qazmaya bir parça
təzə maral əti də gətirirdi. Bəs onu haradan tapırdı? Axı öz
maralı yox idi... Amma varlı lapland hər gün öz sürüsündəki 165
maralları sayan deyildi ki! Hələ canavarların sürüyə təpilib
hərdən bir-iki maralı gəmirməsi də az olmurdu. Yəni həmişə
sürünün yanında olan Pederfredrikin əl-qolu açıq idi. Həm də
o boyda sürüdə bir-iki körpə maralın əskik çıxması bəyəm
böyük dərddir?
İllər ötdükcə ər-arvad yaşlanırdı. Kersti-Mayya qəribə bir
naxoşluğa tutuldu, dizləri elə heydən düşdü ki, çaydan su
gətirməyi də bacarmadı. Vəziyyəti gündən-günə pisləşirdi,
axırda yerindən tərpənə də bilmədi, qazmadakı skamyada
hərəkətsiz oturub-qaldı.
Pederfredrik baş açmırdı ki, ona nə olub, belə əcaib
naxoşluq haqqında heç vaxt eşitməmişdi. İndi işarası arvadına
baş çəkmək üçün qazmaya gəlməli olurdu. Amma bu, asan iş
deyildi, axı öz sürüsünü qazmadan neçə kilometr uzağa