Page 163 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 163
Qustav Benneke
Birdən bədənində qanı dondu və kürəyindən soyuq tər ax -
dı. Onun gözləri qaranlığa alışmışdı və barakın dərinlik lə rində
o, telefon aparatının üzərinə əyilmiş insan fiqurunu seçdi.
Arada külək bir az səngidi və barakdakı adamın dırnağı ilə
dəstəyə vurduğu eşidildi. “Tıq-tıq-tıq” səsləri aydın gəlirdi.
“Tıq-tıq-tıq!”
– Yun! – telefonun üzərinə əyilmiş adam yalvarırdı. – Yun!
Yun! Cavab ver, Yun! – səs qaranlıqda sakitcə çağırırdı.
Nazirlik nümayəndəsinin tükləri biz-biz oldu. Səsi tanı -
mışdı.
– Yun! – barakdakı adam içini çəkərək ağlayırdı. – Yun,
necəsən? Salamatsan? – ağlayan ikinci usta köməkçisi idi.
Yeni usta, etibarlı, qətiyyətli adam, ayaqlarını yerə bərk
basan adam telefon dəstəyinə qışqırır, artıq dünyada olmayan,
ölmüş birisini səsləyirdi.
Nazirlikdən olan məmur səssiz və cəld addımlarla barak-
dan uzaqlaşdı. Özünə gələndən sonra gördükləri barədə heç
kimə danışmamağa qərar verdi. Təhqiqat başa çatıb, sənədlər
imzalanıb, üstəlik də, artıq gecdi.
İş bağlanmışdı və o, səlahiyyət sahiblərinin təhqiqatı vic-
danla, dəqiq apardıqlarını qətiyyətlə deyə bilərdi.
163