Page 159 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 159
Qustav Benneke
– Biz nəsə demək istəyəndə dırnağımızla dəstəyi tıqqıl -
dadırıq, – şahid izah elədi. – Zəng eləyə bilmirik, dəstək
kənarda olur axı. – Dedim ki, burda hər şey qaydasındadı. Bir
qədər sonra isə onun necə tıqqıldadığını eşitdim, birinci
məftillə əlləşirdi. ”Tıq-tıq-tıq” dəstəkdən səs gəldi. Birinci dəliyi
doldururdu. Sonra onun səsini eşitdim: “Nömrə bir hazır!”
Başımla Oskara işarə elədim ki, birinci hazırdı, hərçənd özü də
bilirdi, çünki o da öz telefonunda səsi eşidirdi. Oskar məftili
birləşdirdi. Yun isə bu arada ikinci dəliklə məşğuldu. Demə,
elə o məftil zədələnibmiş. Mən telefondan belə səslərin
gəlməsinə alışmışam və orda ustanın nə elədiyini gözüyumulu
deyə bilərəm. Onun dinamiti dəliyə qoyduğunu eşitdim, deto -
natoru partlayıcıya yerləşdirirdi. Bu yerdə ona dedim ki, tələs,
çünki Oskarın qızla görüşü var. O isə gülüb cavab verdi ki,
“Gözləyər. Mən qayıtmamış heç bir görüş-filan ola bilməz”.
Sonra yenə məftillə əlləşdiyini eşitdim. Və bu vaxt ayağımın
altında döşəmənin silkələndiyini hiss elədim, ardınca da
partlayış oldu. Bütün barak titrədi. Çuxurdan isə – biz
pəncərədən gördük – ağ alov qalxdı. Bir-birinin dalınca iki alov
qalxdı və iki partlayış oldu. Mən yerimdə donub-qalmış dım,
nəyinsə qaydasında getmədiyini başa düşmüşdüm. Dilim
tutulmuşdu, bir kəlmə də danışa bilmirdim. Sonra sakitlik 159
çökdü və mən dəstəyi götürüb qışqırdım: “Yun, Yun!” –
necəsən? Salamatsan? Əvvəlcə dəstəkdə ancaq cırıltı eşidildi,
sonra... ölsəm də, düzünü deyəcəyəm. Ustamın səsini eşitdim.
Nazik, qorxmuş halda gəlirdi: “Hə, Valdemar, sağ kimiyəm”.
Bu sözləri dəstəkdə o qədər aydın dedi ki, Oskarla mənim –
ikimizin də əti ürpəndi. İkimiz də anladıq ki, ustamız ölməyib.
Oskar üstündəki telefonu bir tərəfə tullayıb həyəcan siqnalı
çalmağa qaçdı.
Səlahiyyət sahibləri öz aralarında baxışdılar. Baş mühəndis
isə yorğun halda çiyinlərini çəkdi.
– Amma bizim bildiyimizə görə, usta elə o saat ölüb. O an-
daca! Yanıb külə dönüb. Buna görə də siz onu eşidə bilməz -
diniz. Siz qulaqcıqda səs eşidə bilməzdiniz, Lauritsen! Bu,
qətiyyən mümkün deyil.