Page 155 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 155
Qustav Benneke
plastilin kütləsi kimi düzəltməli və məntiqəuyğun şeyləri
çərçivələrə salmalıdırlar.
Şahid çaşqın halda komissiya üzvlərinə baxdı. Divardakı
saat yorulmadan saniyələri tıqqıldadıb əbədiyyətə yola salırdı.
Əgər indi o, başını yırğalayaraq təsdiq etsə, cənablar razı qala-
caqlar. Amma onu buradaca kəssələr də, onların kök sifətlə -
rində lovğa təbəssüm yaransın deyə yalan danışmayacaq.
– Yox! – o, inadla başını yırğaladı. Bu, küy deyildi. Mən səs
eşitdim. Aydın eşitdim. Sizi eşitdiyim kimi. Dedi ki...
– Hə, onu artıq yazmışıq, – nazirlikdən olan məmur onun
sözünü kəsdi. O, arıq-quru adam idi, amma bütün simasına
yayılmış nazirlik işçisi olmağın verdiyi təşəxxüs onun səlahiyyət
sahibi, tox, əhəmiyyətli, özündənrazı birisi olduğunu sübut
edirdi.
– Bax burda göstərirsiz ki, uzaqdan zəif səs eşitmisiniz.
Belə çıxır ki, sözləri aydın eşitdiyinizi əminliklə deyə bilməz -
siniz. Və ümumiyyətlə, belə bir səs olubmu?
Komissiya üzvləri yenə təsdiq əlaməti olaraq başlarını
yellədilər.
– Mən o səsi aydın eşitdim, – şahid pərt halda dedi.– Səs
uzaqdan gəlirdi, amma çox güclü, sap kimi incə səsdi, – deyə
əminliklə əlavə elədi və sözlərini ovcuna vurduğu güclü yum- 155
ruqla daha da qüvvətləndirdi.
Komisiya üzvləri dərin nəfəs aldılar və ümidsiz halda
baxışdılar.
– Bir dəqiqə, – baş mühəndis dedi və yenə də əsəbi halda
qələmlə masaya döyəclədi. – Səs eşitdiyinizi təsdiq edirsiniz.
Bəs ola bilərmi ki, siz xatırladıqca, hadisənin ardıcıllığını qarış -
dırasınız? Yəni partlayış yaddaşınızı zədələyib, sonra isə düşün -
mədən qarışdırmısınız... hm, kartları qarışdırmısınız. Nədən
danışdığımı başa düşürsünüz?
– Amma mən səsi eşit...
– Hə, yaxşı, yaxşı, – baş mühəndis qələmi bərkdən masaya
vurdu. – Hər halda, biz hər şeyi başdan-ayağa izləməyə başla -
saq, özünüz görəcəksiniz ki, məntiqlə o səs...