Page 152 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 152
XX əsrin Norveç hekayələri
O, yerindən götürüldü, daş yığınının üstünə çıxdı və elə
hey yuxarı dırmaşmağa başladı, ta ki, pəncərəyə çatana qədər.
Uşaqlar başlarını yuxarı qaldırıb baxırdılar. Oğlan indi
uşaqların üzünü görmürdü, amma ağılları başlarına gələnə
oxşayırdılar. O, ayaqları ilə dayaq axtara-axtara kələ-kötür di-
varla dırmaşdı, əlləriylə divardakı çıxıntılardan yapışır, santi -
metrlərlə yuxarı qalxırdı. Artıq çiçəyi görmürdü, yalnız divarı
görür və tozun ağız-burnuna dolduğunu, barmaqlarını yarala -
dığını, dizlərini qanayanacan cızdığını hiss eləyirdi. Gözləri
tərlə doldu. Nə aşağı, nə də yuxarı baxmırdı, amma bircə
şeydən qorxurdu. Qorxurdu ki, birdən bunların hamısı fan-
taziya olar və yuxarı qalxanda orada heç bir çiçək tapa bilməz.
Qorxudan başı fırlandı, divar da yelləndi, tez bir zamanda
aşağı enmək istədi. Divardan daşlar və suvaq qopub tökül -
məyə başladı və aşağıda, onu gözləyən uşaqların yanında toz
buludu yaratdı.
Uşaqlar yerlərindən tərpənmədən dayanmışdılar, bütün
varlıqları ilə yuxarıda, onun yanında idilər.
Oğlan gücdən düşdüyünü hiss elədi, amma məqsədə
çatmağa lap az qalmışdı. Pəncərə çərçivəsindən düşən günəş
saçlarına işıq salırdı.
152 Son gücünü topladı, ayağı ilə divarda dayaq axtarıb tapdı,
dartındı, bir əlini azad elədi və barmaqları ilə çiçəyi axtarmağa
başladı.
Divar yana əyildi. Barmaqlarını yanmış pəncərə çərçivə -
sinin hisli şüşə parçasında əks olunan günəş şüaları ətrafında
bağlamışdı ki, divar onunla birlikdə uşaqların təmizlədiyi
əraziyə aşdı və ərazini altına aldı.