Page 157 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 157
Qustav Benneke
– Bizim yol tikintisində neçə müddətdi işləyirsiniz, Laurit-
sen? – baş mühəndis guya elə-belə, yeri gəlmişkən soruşdu.
– Yarım ildi. Partlatma işləri mütəxəssisinin baş köməkçisi
işləyirəm, – şahid, demək olar ki, yarıya qədər ağzına soxduğu
siqareti bacarıqsız halda sümürərək cavab verdi. O adətən,
müştük çəkir və çeynənən tütündən istifadə edirdi.
– İndi, hm, belə görünür ki, o kədərli hadisədən sonra siz
usta vəzifəsinə ilk namizədsiniz? – baş mühəndis asta səslə
soruşdu. – Bəlkə, indi bu barədə danışmağın yeri deyil, amma
özünüz bilirsiniz də, biri ölməsə, o biri dirilməz.
– Öhö – şahid öskürdü və çaşqın halda gözlərini döydü.
Yanaqları yüngülcə allandı. Polis inspektorunun dodağında
açıq seziləcək təbəssüm yarandı. Bu kürən adamların da elə
nazik dərisi olur ki, xırdaca rəng dəyişikliyi aydın hiss olunur.
Oğlan qızardı, deməli, ağlından keçənləri demişdilər.
– Bizə etibarlı, yaxşı adamlar lazımdı, – baş mühəndis
yavaşca dedi.
– Razılığı isə polis verir, – nazirlikdən gələn məmur əlavə
elədi.
– Yəni siz bütün bildiklərinizi indi öz sözlərinizlə bizə
danışsanız... – inspektor çoxmənalı şəkildə dedi və səlahiyyət
sahibi olan şişman cənablar öz aralarında baxışdılar. Bu 157
adamların hamısı yüksək, vacib postlar tuturdular və sadə in-
sanlara vəd verməyin ustası idilər. Onlar üçün bundan asan
heç nə yox idi.
– Məftil zədələnmişdi, açıq qalmışdı və qısaqapanma
oldu... cərəyan yayıldı... – şahid tərəddüdlə sözə başladı.
– Partlayışın nasazlıq üzündən baş verdiyini bilirik. Bu,
təsadüfdü və heç kim buna cavabdeh ola bilməz, – baş mü -
hən dis dedi, – siz isə partlayış baş verəndə ustanın bara kında
idiniz.
– Yun... Daha doğrusu, usta Yunxansen dinamiti yerləş -
dirmək üçün çuxura yaxınlaşanda mən telefonun yanında
idim. Biz camaat işdən getməmiş heç vaxt tikintidə partlayışa
yol vermirik. Hm, ustanın ikinci köməkçisi Oskarla mən... Oskar