Page 162 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 162
XX əsrin Norveç hekayələri
– Onda, deməli, danışdıq, – nazirlikdən gələn məmur dedi. –
Daha başqa işimiz qalmadı, dağılışa bilərik.
Səlahiyyət sahibi olan üç cənab kontorun yerləşdiyi
barakın qarşısında dayanıb şəhərə qayıtmaq üçün maşın
gözləyirdi. Payızın bozumtul ala-toranında onların fiqurları
nəhəng və əzəmətli görünürdü. Ətrafda dağ yaylası uzanırdı;
tünd və əsrarəngiz. Orada açılmış çuxurlar böyük yara kimi
görünürdü. Səmanın məxmər mavisində ulduzlar parıldayırdı,
onların uzaqdan gələn işartısı ətrafda hər şeyi mücərrəd,
qeyri-real eləyirdi. Boş yayla sehrlənmiş krallıq kimi vahiməli
görünürdü.
– Allaha şükür ki, şəhər var, – baş mühəndis dərin nəfəs
aldı. O yalnız qarşısındakı məsələlər hesab cədvəli kimi aydın
və dəqiq olanda özünü çox rahat hiss eləyirdi.
“Allaha şükür ki, şəhər var” – polis müfəttişi düşündü. Bu
nəhəng, mübhəm qaranlıqda paraqraflar və təlimatlar sanki
bütün gücünü itirirdi.
“Buralar gözəldi ha – nazirlikdən gələn məmur fikirləşdi
və boynunu soyuq küləkdən qorumaq üçün paltosunun
yaxalığını qaldırdı. – Buralar, doğrudan da, gözəldi”.
O, təmiz havanın dəlisi idi, turist klubunun üzvü olduğun -
162 dan özünü təbiətə loyal yanaşmağa borclu bilirdi. Əslində,
nazirliyin rəsmi münasibəti də belə idi. “Amma digər tərəfdən,
insanların bu sehrli zülmətdə ağıllı düşünmək qabiliyyətlərini
itirməsi heç də təəccüblü deyil” – məmur fikirlərinə davam
etdi və ölmüş ustanın səsini eşitdiyini təsdiq edən o adamı
xatırladı.
Çuxurdan bir az aralıda yastı barakın qara kölgəsi göründü.
Partlayışlar orada həyata keçirilirdi. Nazirlikdən olan məmur
əllərini ciblərinə bir az da dərin salaraq küləkdən qorunmaq
üçün barak divarının arxasına keçdi.
Barakların arasında adamın iliyinə işləyən külək kolları
xışıldadır, divarları silkələyirdi. Nazirlik nümayəndəsi bərk-bərk
barakın divarına söykənib, maraqla pəncərədən içəri boylandı.
Pəncərənin şüşəsi sınmışdı, şüşə qırıntıları taxta çərçi vədən
asılı qalmışdı. Yəqin ki, dünənki partlayışın nəticəsiydi.