Page 179 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 179
Odd Eydem
Cavab verdim ki, razıyam. Mənə nə? Baxın və Şopenin
əsərləri arasında “Suiks” xizək yağının reklamını versələr də,
vecimə olmaz. Qoy televiziya çoxlu pul qazansın, səhərdən-
axşamacan veriliş vermək imkanı olsun. Amma bunu ucadan
deməyə ürək eləmədim. Hə, bu qorxunc həqiqəti hamıdan
gizlətdim! Amerikada “İnqilab etüdü”nü tez-tez dayandırıb, lüt
anadangəlmə kino ulduzlarını göstərirdilər. Zərif “Lüks”
sabunuyla çimən ulduzları görəndə gülməkdən özümü saxlaya
bilmirdim. Belə şeylərə hirslənmirəm, əksinə, ürəyim açılır.
Ümumiyyətlə, Amerikada olanda heç nəyə hirslənmirdim.
Açığı, Amerikada televizorun qarşısında oturan avropalı belə,
dəyişilir, tamamilə başqa adama çevrilir. Deyəsən, bunun
səbəbini bilrəm.
Amerikalılar televiziyanın heç bir mənəvi-əxlaqi keyfiy -
yətlər daşımadığını yaxşı bilirlər. Çoxları televizoru “The İdiot
Box” adlandırır. Onlar hətta ekranın “teatr” imkanlarına da xor
baxırlar. Hər şeyə uyğunlaşan amerikalılar ekranda atılıb-
düşən obrazlara və səs-küyə öyrəşiblər: əvvəlki mədəniyyət
formalarının zahiri tənəzzülü, şübhəsiz, “daxili” nəticələr
doğurur. Bundan istifadə edən prodüsserlər qaz vurub, qazan
doldurur, Baxın fuqası və ya bir yeşik çəhrayı “Lüks” sabunu – 179
onlar üçün fərqi yoxdur.
Hər axşam teleekrana baxanda bir daha əmin olursan ki,
artıq avropalı prodüsserlər də musiqiyə bədii əsər kimi yanaş -
mırlar. Məsələn, tutalım, televiziyada Qriqin konserti gedir.
Amma verilişin müəllifləri musiqini yox, musiqiçinin pedal
sıxan ayağını, pianonun dilləri üzərində oynayan barmaqlarını,
işıqların effektli sayrışmasını ön plana çıxarırlar; bizə dirijorun
boynunun ardındakı xalı, uzun burnunun ucundakı tər
damcısını göstərirlər; aləti dodağına yaxınlaşdıran kərənayçı
ekranda görünüb-itir, əvəzində təbilçinin yaxasındakı “kəpə -
nəyi” gözümüzə soxurlar; nəhayət, tamaşaçı zalı gəlir ekrana,
gəmi sahibi Nilsenin öskürək dərmanı içdiyini görürük. Beləcə,
əsərə və müəllifə hörmətsizlik edilir, Qriqin və ya bir baş -