Page 181 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 181
Odd Eydem
Ekranda bir adam peyda oldu: o, elə bərkdən asqırırdı ki,
ətrafdakılar qulağını tutmalı olurdu. Sonra o, “O-key” həbi içdi.
Dərmanı içən kimi adamın başı şəffaflaşdı. Həb isə birdən-birə
tükləndi və balaca, çirkin, gülməli çoşqaya çevrildi. Çoşqa qida
borusuna soxulub, “Tale simfoniyası”nın sədaları altında,
şappıltıyla mədə şirəsinin içinə düşdü. Ha-ha-ha! – kifir çoşqa
“O-key” hırıldamağa başladı və qəfildən on min yerə parça -
landı. On min cuppulu donuz potası özünü soyuğa vermiş
adamın qan damarları ilə buruna doğru hərəkət etməyə
başladı və nəhayət, mənzilbaşına çatandan sonra xəstəli k -
törədən basillərlə əlbəyaxa döyüşə (bokslaşma) girdi. Bir, iki…
səkkiz, doqquz, on! Qələbə qazandıq!
– Oho, – xəstə dedi, – artıq sapsağlamam!
– İndi isə – əlində sınaq şüşəsi tutmuş həkim bəyan etdi, –
hemo filiya xəstəliyindən əziyyət çəkən Con haqqında söhbə -
timizə davam edək. İndi görəcəyiniz kadrlar reklam deyil,
həyatdan çəkilmiş kadrlardır.
Hemofiliya xəstəsi Con çarpayıda uzanmışdı, həyatda qal-
maq uğrunda mübarizə aparırdı. Ata-anası çarpayının yanın -
dakı kətillərdə oturmuşdu. Ağlayırdılar.
– Uşaq sağalacaq? – Conun atası – hülqumu irəli çıxmış
çalsaçlı kişi həkimdən soruşdu. 181
– Keçən il olsaydı, sağalmaya bilərdi, amma bu il hər şey
dəyişilib.
– Doğrudan? – Conun anası içini çəkdi. Gözlərində ümid
qığılcımları göründü.
Cona dərman verdilər. Nə dərmanı? Yox, bunu demək
olmaz – sirdir! Həkimin sifəti bütün ekranı tutdu.
– Sizə balaca Conun bacısı haqqında söz açmaq istəyirik.
Biz qızın nişanlısı ilə danışdıq, o artıq evlənməyə qorxur… Bill,
nişanı niyə qaytarmaq istəyirsən?
– Bilmirəm, başımı itirmişəm, heç bilmirəm neyləyim!
Merinin qardaşı hemofiliya xəstəsidir. Axı uşaqlarımız da bu
xəst əliyə tutula bilər. Dünyaya xəstə uşaq gətirmək nə dərə -
cədə düzgündür?