Page 184 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 184
XX əsrin Norveç hekayələri
Hadisəni sizə “SİM” firması danışdı. Yadda saxlayın, “Selabim”
yox, “SİM”. Sadəcə “SİM”! Bədbəxt hadisə baş verdikdə “SİM”
həbləri qanın laxtalanmasına kömək edir”.
Ekranda başqa bir adam peyda olur:
– Bir neçə dəqiqədən sonra “Perri Meysonun macəraları”
silsiləsindən yeni epizod göstərəcəyik. Amma əvvəlcə sizə bir
xəbərimiz olacaq...
Bu zaman sanki yuxudan ayıldım. Yadıma düşdü ki, xəstə -
likdən yenicə sağalmışam; əyalət şəhərindəki hoteldə, on dörd
kommivoyajerin əhatəsində oturmuşam. Əlimdə koka-kola
stəkanı tutmuşam. Koka-kola hemofiliyanın dərmanıdır… Yox,
yox, nə danışıram? Üzr istəyirəm – çaşdım. On dörd kommi -
voyajerdən heç biri televiziya reklamlarına qoyulan məhdudiy -
yətlərin götürülməsi ilə bağlı mənim qədər israrlı deyildi.
Am ma bir məsələ də var: amerikalı prodüsserlər Perri Meyso-
nun verilişini reklam intermediyaları ilə kəsməyə meyilli
deyillər.
Perri Meysonun verilişləri o qədər maraqlıdır ki, heç kəs
onları yarıda kəsməyi ağlına gətirmir. Yeri gəlmişkən, müəyyən
olunub ki, məsələn, “Camel” siqaretinin reklamı veriləndə
Nyu Yorkda hidrostatik təzyiq kəllə-çarxa vurur. Amma bunun
184 səbəbi “Camel” siqareti deyil. Araşdırmalar nəticəsində
məlum olub ki, maraqlı verilişlər təbii istəkləri stimullaşdırır,
başqa sözlə, insanlar məlum otağa girib öz işlərini tamam-
layandan sonra sifonun suyunu buraxırlar. Ona görə də
“Camel” siqaretinin məziyyətlərindən xəbərsiz qalırlar. Bütün
şəhərdə birdən-birə hidrostatik təzyiqin artması göstərir ki,
belə hallarda reklama məhəl qoyan yoxdur. Gözlənildiyi kimi,
bu yaxınlarda “Camel” firması ekrandakı Perri Meysondan
gözünü çəkə bilməyən tamaşaçılar üçün xüsusi tas istehsal
etməyə başlayıb. Beləliklə, tamaşaçı televizordan uzaqlaş -
madan öz təbii ehtiyaclarını ödəmək imkanı əldə edib.
“Camel” firmasının istehsal etdiyi kiçik taslardan külqabı kimi
də istifadə etmək olar.
Bu yerdə bir ekspertin əndişələrini dilə gətirmək istəyirəm.
Bu suyuşirin adamla Hollivudda tanış olmuşdum. O, Uzaq Şərq