Page 188 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 188
XX əsrin Norveç hekayələri
çayın gurultusunun və... səssizliyin kiçik bir hissəsiydi. Bu,
ərazinin yaratdığı həmin təkrarolunmaz vəhdətin (burada bir
şeyi digərindən ayırmaq mümkün deyildi) yalnız bircə tərəfini
işıqlandıran atəşdi. Həddən artıq iri boğazdan süzülüb vəhdət
yaradan bu səslər dinləyənləri ovsunlayırdı.
Əgər bu dəniz, bu evlər, bu çay, bu ev və Mateusun özü
olmasaydı, mənə elə gələrdi ki, ibtidai dövrdəyəm və Ay
kraterinə bənzər bir şeyin qarşısında durmuşam.
Bu sərt, qayalıq sahildə sağ qalmağa nail olmuş cansız
otları görəndə bir fikir məni inanılmaz dərəcədə sarsıtdı:
həyatla ölüm arasında çox incə, əhəmiyyətsiz bir cızıq varmış.
Həyatın başlanğıcı ilə indiki an arasındakı fərq də mənə eyni
dərəcədə əhəmiyyətsiz göründü. Bununla belə, bu çınqıl
daşların arasında belə inadkarlıqla savaşan otlar, həmin fərqin,
hər halda, nə dərəcədə mühüm olduğunu anlamağıma kömək
etdi. Gurultulu səsini quşların çığırtısına qatan Mateusun özü
də az təsirli deyildi. Bizi özünəməxsus tərzdə qarşıladı:
– Allahın da unutduğu bu yerlərə sizi hansı rüzgar atıb?
Bu atmaca elə-belə deyilmişdi, heç bir gizli məna daşı -
mırdı. Buradakı solğun otlar kimi əhəmiyyətsiz bir şeydi.
Amma işin mahiyyətini əks etdirirdi. Buralarda ancaq butulka
188 poçtu işləyirdi. Biz isə nə o poçta, nə axına, nə küləyə etibar
eləmə dən, gəlişimizi xəbər vermədən kirayələdiyimiz köhnə
mühərrikli qayıqla özümüzü dənizin ixtiyarına buraxmışdıq.
Biz, yəni mən və Youna Per (yeri gəlmişkən, dənizin ən uzaq
bur nunda yaşayan bizim Robinzon Kruzo onu qəlbinin dərin -
liklərinə qədər heyrətə salmışdı). Mən Mateusu əvvəldən
tanıyırdım. Onlar bir-birinin əlini sıxdı. Yəqin ki, bir-birinə
danışacaqları şeylər vardı. Youna Per dağ adamı idi, saysız-
hesabsız çayların və göllərin əhatəsində yaşamağa alışmışdı,
Mateus isə dənizin oğluydu, küləyin döyüb ətraf qayalar kimi
bərkitdiyi adam idi.
Biz suyadavamlı ağacdan tikilmiş, dəniz duzunun ağartdığı,
amma fırtınaların inanılmaz dərəcədə bərkitdiyi balaca bir evə
gəldik. Dəniz bu evin hər bir hissəsində – bayırdan da, içəridən