Page 193 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 193
Ulav Nurdro
İlk dəfə Mateusun bizim burada olmağımızdan narahat
olduğunu hiss etdim. Əlbəttə, suiti ilə görüşü zamanı onu
narahat eləməməyimizi daha çox istərdi. Buna görə də biz
özümüzü heç bir şey görməmiş kimi apardıq.
Bununla da hər şey bitdi. Amma gecə ov etdiyimiz toru
çəkəndə sahildə möhkəm şappıltı səsləri eşitdik.Suiti
quyruğunu suya çırpırdı.
Mateus başını çevirdi:
– Görürsən necə hirslənib? Aydın məsələdi. Yazıq heyvan
hər gün bu qədər adamı bir yerdə görmür.
– Bəlkə, qısqanır?
– Əlbəttə, – Mateus dedi, – Heyvanlar da qısqanmağı
bacarır.
Mateusun donu açılmışdı və biz soruşmadan özü suiti
barədə danışmağa başladı. Yaz gələndən bəri suiti hər gün
üzüb onun yanına gəlir. Və Mateus hesab edir ki, bu diqqətinə
görə onu qonaq eləmək lazımdı. Suiti şirin suda yaşayan
balıqları sevir və görünür, fərqli yeməklər xoşuna gəlir.
– Bəs onu əldən yeməyə necə öyrətmisən?
Mateus bu barədə danışmaq istəmədi, əvəzində başqa
şeydən danışdı, dedi ki, suiti hər gecə bu sahildə yatır. Tez-tez 193
çınqılın üstündə mürgüləyir, Mateus onu yemləyəndə gözünü
açır.
Bəli, bəli, heyvanların da öz dili var.
Youna Per də başına gələn bir hadisəni xatırladı. Hadisə
qışda olmuşdu. Biri cavan, digəri qoca olan iki maralı izləyir -
miş. Qoca maral əsl kral kimi iri, əzəmətli imiş. Həmin gün çox
qar yağıbmış və marallar çətinliklə yeriyirlərmiş. Youna Per isə
dağ xizəyi ilə rahatca qaçırmış. O, meşənin girişində maralları
haqlayır və silahı əlinə alır. Hadisə də elə bu zaman baş verir.
Möhtəşəm kral onun gözlərinin içinə baxır, sonra başını əyir,
ayaqlarını bükür, diz üstə çökür, onlara rəhm etməsini xahiş
edir. Bu hərəkət Youna Perə necə təsir edirsə, silahını kürəyinə
asır və maralların getməsinə imkan verir. O, xizəyin ağacına