Page 194 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 194
XX əsrin Norveç hekayələri
söykənib dayanır və maralların ardınca baxır, belə heyvanları
öldürməyə əli gəlmir.
Mateus başını yellədi. Bununla heyvanların özünəməxsus
şəkildə danışa bildiklərini təsdiq edirdi. O özü dəfələrlə belə
mənzərə ilə qarşılaşıb. Və əlbəttə ki, çörəyini insanlarla yox,
heyvanlarla bölüşməyi üstün tutur.
Onun sözlərinin arxasında acı həyat təcrübəsinin dayan -
dığını bilirdim. Guya təsadüfən suiti ilə necə dost olduğunu və
hər gün görüşdüklərini soruşdum.
Mateus ağır-ağır dedi:
– Onsuz da, inanmayacaqsınız.
– İşin nə yerdə olduğunu bilməyəndə inanıb-inanmamaq
çətin məsələdi.
– Yaxşı, qulaq asın, – Mateus dedi.
O, torun cırılmış ilgəklərini tez bərkitdi və nəhayət, qəribə
hadisəni nəql elədi.
Hadisə yazda olmuşdu. Mateus körfəzdə küləklə dəniz
cərəyanının qarşılaşdığı zaman əmələ gələn nəhəng burulğa -
nın içinə düşür. Əvvəl cə hər şey qaydasında gedir, sonra mü -
hər rik sönür. Mateus mühərriklə, qayıqla əlləşdiyi müddətdə
içində olduğu dairə genişlənir. Mateus mühərriklə uzun zaman
194 əlləşir, gəminin arxasındakı əsgiyə ehtiyac duyur. O an qayıq
yana əyilir, Mateus müvazinətini itirir və özünü saxlaya
bilməyib suya yıxılır. Buz kimi soyuq suda əlləri və ayaqları o
saat donur. Mateus çapalayır, ağır rezin çəkmələri çıxarmağa
çalışır, islaq paltarlar onu suyun dibinə çəkir. Qayıq get-gedə
daha da uzaqlaşır. Mateus sonunun çatdığına əmin idi. Suda
nə qədər belə çapa ladığı məlum deyil, qəfildən nəsə qara bir
şeyin ona tərəf üzdüyünü görür. Bütün bədəni titrəyir (suda
donmuş adam nə dərəcədə titrəyə bilərsə). O qara şey əvvəlcə
yumru gözlə riylə ona baxır, sonra suya baş vurur və Mateus
birdən kiminsə üstündə üzdüyünü hiss eləyir. Sonra həmin
qara vücud Mateusun arxasına keçir və onu irəliyə doğru
itələyir. Mateus çaşıb qalır. Heç nə başa düşmür. Üstəlik, elə
taqətdən düşüb müş ki, nə baş verdiyini dərk eləmirmiş, amma