Page 199 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 199
Aqnar Myukle
dəqiqə ütünün altından çıxıb. Onlar buna necə nail olur? Yoxsa
seçilmişlərdir? Tanrı onları hifz edir?
– Açığı, son vaxtlar bu barədə çox düşünmüşəm, – Andre
viskidən bir qurtum içdi. – Bəlkə, müharibədə başıma gələnlər
buna sövq edib? Bu, aşkar faktdır: nə qədər ki döyüşürdüm,
“xoşbəxt” idim. Halbuki sıravi əsgər və hərbi müxbir idim.
Düzünü desəm, heç də könülaçan iş deyildi. Xüsusən də əgər
müxbirsənsə, hücum zamanı hamıdan arxada yer tapıb
gizlənirsən, sonra da görüb-eşitdiklərini qələmə alırsan...
Lakin... Bu işin içində nəsə var. Pokerə oxşayır. Böyük oyuna.
– Rütbən nədir? – soruşdum.
– Adi kapitan! – Andre gözünü qıyıb mənə baxdı.
Qədəhi ağzına dirəyib bir-iki qurtum içdi. Həmişə istər-
istəməz Andrenin əllərinə fikir vermişəm. Deməzdim ki, iri və
güclü əlləri var, ancaq barmaqlarının ucu küt dördbucaq
formasındadır. Görünür, möhkəm barmaqlardır, tüfəngin qun -
dağını asanlıqla çiyninə sıxa bilər!
– Mark Tvenin bir hekayəsi var. “Kapitan Stromfildin
cənnətə səyahəti” adlanır. Oxumusan? – soruşdu.
Başımı yelləyib bildirdim ki, oxumamışam. Dodaqucu
dedim ki, əsasən, ixtisasım üzrə ədəbiyyata maraq göstərirəm.
– Mark Tven yazır ki, xoşbəxtlik hissinin əsasını kontrast 199
təşkil edir, – Andre sözünə davam etdi. – Cənnətdəki həyat
qoca kapitana xoş gəlmir, çünki orada təzad yox idi. Yalnız dini
nəğmələr, patriarxların yubileyləri, ağ libaslar, arfa musiqisi...
Axırda kapitan bezir və mələk qanadlarını taxıb geri, bu
dünyaya qayıdır və başa düşür ki, cənnətdəki həyatı da
buradakı kimi cansıxıcı və yeknəsəq olacaq. Amin!
Andre yarıya qədər çəkdiyi siqarı külqabıya qoydu. Külqabı
bahalı büllurdan idi, bərq vurub göz qamaşdırırdı.
– Sən deyəndə ki, xoşbəxtəm, – qara gözlərini mənə
zillədi, – yəqin, onu nəzərdə tutursan ki, indiki vəziyyətin əv -
vəl kindən yaxşıdır. Şəxsən mən, xoşbəxtliyin vəziyyətlə əlaqəli
olmasına şübhə ilə yanaşıram. İlk şeirlər kitabım yadındadır?
Müharibədən əvvəl çıxanı deyirəm.