Page 203 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 203
Aqnar Myukle
– Sonra? – əlini masanın üstünə qoydu, dırnaqları səliqə
ilə vurulmuşdu. – Sonra vüsalın həsrəti, xoşbəxtlik arxada
qaldı. Şəhərdə hamıdan gizlin kiçik bir otaq kirayələmək lazım
idi. Belə əhvalatların sonluğu, adətən, bir-birinə bənzəyir.
– Məncə, elədir, – fikrimi bildirdim.
– Bilirsən, bir insan kimi, çox adi qız idi – Andre vurğuladı. –
Tezliklə ondan bezdim. Nə isə, məhəbbət macərası uzun
sürmədi.
Külək ağcaqayın yarpağını çənginə alıb aparmışdı, heç izi-
tozu da qalmamışdı. Qırmızı daşı ehmalca masanın üstünə
qoyub qədəhi götürdüm. Ağzımda yenə quruluq hiss edirdim.
– Harasa tələsirsən? – Andre saata baxdığımı görüb
soruşdu. – Kontora gedib vətən xainlərinə açılmış cinayət
işlərini araşdırmağa tələsirsən?
– Bunu yaman dedin! – yerimdə qurdalandım. – Amma
doğ rudan da, çox oturdum. Qaçmaq lazımdır, yoxsa geci k ə -
rəm. On dörd otuz qatarına çatmalıyam. – Bütün bu müddət
ərzində masanın kənarında qalmış şlyapamı götürüb kreslo-
dan qalxdım.
– Gedirsən? – Andre qəmli görkəm aldı.
– Çarə nədir? – dedim. – İş-güc...
– Heç olmasa, viskini axıra qədər iç. – Əlini dostcasına 203
çiynimə qoydu.
Özümü çox narahat hiss etdim. Qədəhi götürüb birnəfəsə
başıma çəkdim. Bir damcı da qalmadı. Viskinin axırıncı qur-
tumu həmişə acı olur. Acılığından adamın ürəyi bulanır.
– Gələn dəfə buralara yolun düşəndə mütləq mənə baş
çək! – Andre dilləndi. – Çalış ki, asudə vaxtın bir az çox olsun.
Belə dostcasına oturub söhbət etmək, viski içib həyatımızın
xoşbəxt günlərini xatırlamaqdan gözəl nə ola bilər? Daha
doğrusu, xoşbəxt anlarını! – sözünə düzəliş verdi.
Xudahafizləşib ayrılanda əlini sıxdım. Ovcu sərt, quru və
isti idi.
– Bizimkilərdən kimi görürsən? – Andre soruşdu. – Bəlkə,
bir gün yığışaq, hə, necə bilirsən? Əla olardı! – qəfildən coşdu. –