Page 208 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 208
XX əsrin Norveç hekayələri
canını qurtara bilməyib; bu, gözlənilməz bədbəxt hadisədir –
həyatda belə şeylər olur!
Mubek öz təbiəti etibarilə filosof idi, amma nə gizlədim,
optimist adam deyildi.
Parket! Vaxt keçdikcə bu məsələ onları daha çox narahat
edirdi. Ləkəni aşkarlayandan sonra Mubeklərin yuxusu ərşə
çəkilmiş, rahatlıqları pozulmuşdu. Axı onlar, demək olar, par -
ketlə nəfəs alır, onu göz bəbəyi kimi qoruyurdular. Parketin
qüsursuz olması üçün dünyada hər şeyi qurban verməyə hazır
idilər. Parket onlara həm sevinc bəxş edir, həm də iztirab
verirdi. Bu döşəmə cütlük üçün alfa və omeqa, onların bütün
varlığının başlanğıcı və sonu idi.
Onlara elə gəlirdi ki, parketə yeni lak çəkəndən sonra rahat
nəfəs alacaqlar. Amma sən saydığını say… Parketin borcundan
çıxmaq nə qədər çətin olsa da, onlar əllərindən gələni etmiş,
onun yenidən pardaxlanması üçün səylərini əsirgəməmişdilər.
Amma neyləmək oralar, bəzən keçə başmaqlara da nəsə
yapışır. Bu dünyada başına nə gələcəyini qabaqcadan bilmək
olmur, ona görə də geyməzdən əvvəl başmaqlarını yaxşı-yaxşı
gözdən keçirməlisən. Bir dəfə fru Mubekin bacısı fru Martin-
senin ayaqqabısına adi gözlə görünməyən kiçik bir talaşa
208 yapışmışdı. Necə ki, bəzən rentgen xərçəng şişini vaxtında
aşkarlaya bilmir və nəticədə adam öz xəstəliyindən gec duyuq
düşür. Beləcə, fru Martinsen ayaqqabısına yapışan talaşanı
otağa gətirmiş, döşəməyə cızıq salmışdı. Elə də böyük cızıq
deyildi, amma məsələ onun böyüklüyündə və ya kiçikliyində
deyil – cızıq cızıqdır. O vaxtdan bu yana Mubek cütlüyü fru
Martinseni danışdırmırdı. Fru Mubek üçün bu, ağır zərbə idi.
O, çox zaman həyəcanlanır, özünə yer tapmırdı. Bu dəfə də –
parketə lak çəkəndən sonra vəcdə gəlib dedi:
– Ah, Olqa bunu görsəydi!..
Mubek dərhal öz iradını bildirdi:
– Keçən dəfə olanları yadına sal!
Fru Mubek yadına salıb sakitləşdi. Adi cızıqdır də! İndi
onun üzərinə lak çəkmişdilər. Amma cızıq itib-getmədi. Bu,