Page 209 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 209
Odd Solumsmuen
hətta həşəratın (əgər bu, həşərat idisə) qoyduğu sarı ləkədən
də betər idi. Cızıq adamı ürəyindən yaralayır, iztirab verir,
əldən-dildən salır. Amma bunu yalnız parketin nə demək
olduğunu bilənlər anlaya bilər.
Üstəlik, parketin üzərinə toz qonurdu. Toza nə var, hər
yerə qona bilər. Tozun qabağını almaq mümkün deyil, bu
dünya durduqca toz da olacaq. Hətta günəş sönəndən sonra
da, kainat zülmətə qərq olsa belə, hər şeyə toz qonacaq.
Hələlik isə toz inadla Mubeklərin qonaq otağındakı şkaflara,
rəflərə, bəzək əşyalarının üstünə qonurdu. Fru Mubek var
gücüylə toza qarşı mübarizə aparırdı. Müxtəlif formalı, irili-
xırdalı fırçalardan istifadə edirdi. Mebelin düzəldildiyi ağac
növündən asılı olaraq, onları cürbəcür əsgi parçaları ilə silib
təmizləyirdi. Di gəl, fru Mubekin bütün səylərinə və cəhdlərinə
baxmayaraq, mebeli təmizləyərkən tozun bir qismi mütləq
döşəməyə düşürdü. O, təmizlik işləri apararkən əri, bir qayda
olaraq, qapının önündə dayanıb dəyərli məsləhətlər və
qiymətli göstərişlər verirdi. Bu zaman fru Mubek dərin
məmnunluq hissi keçirir, Tanrıya şükür edirdi ki, belə qədir -
bilən əri var. Fikirləşirdi ki, onları bir-biriylə qırılmaz tellərlə
birləşdirən məhz bu parketdir; bu parket olmasaydı, bəlkə də,
bu qədər mehriban yaşamazdılar. Sözün düzü, Mubek də par- 209
ketin tozunu almaq istərdi, amma arvadı bu məsələdə heç
kəsə güzəşt etmirdi: bircə o çatmırdı ki, döşəməni iki cüt ayaq
tapdasın. Ona qalsa, bir cüt ayaq da çox idi, fru Mubekin
imkanı olsaydı, özü də otaqda bir ayağı üstə gəzərdi.
Parketin hamar səthi gecələr parıldayır, göz oxşayırdı.
Cütlük tez-tez toranlıqda yanaşı dayanıb parketə tamaşa
eləyirdilər. Belə axşamlardan birində Mubek dedi:
– Sənə elə gəlmirmi ki, parket gündən-günə xarab olur…
Biz lak çəkəndən sonra belə deyildi: qara nöqtələr çoxalıb,
kənarlarda düz iki ləkə var. Düzdür, ola bilsin, ləkələrdən biri
siqaretdən düşüb, amma yenə də heç yaxşı görünmür! Bir bax,
iki qara ləkə, üstəgəl bu qara nöqtələr, bunların hamısı ayaq
altında əzilmiş qum dənəcikləridir. Döşəmənin altında nə baş