Page 210 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 210
XX əsrin Norveç hekayələri
verdiyini heç kəs bilmir. Bu, sənin öz döşəmən olsa belə! Bunu
görəndə sən özün də dəhşətə gəlmişdin…
– Əlim yerdən-göydən üzülmüşdü! – arvadı onun sözlərinə
düzəliş verdi.
– Elədir.
– Yəqin, birincidərəcəli lak çəkməliydik, – qadın dedi, – pu-
lumuz da çatardı.
– Pul! Əlbəttə ki çatardı! Amma yadındadır, hamı deyirdi
ki, ikincidərəcəli parket davamlılığına görə birincidən geri
qalmır, üzərindəki təsvirlər isə daha canlı görünür? Elə isə or-
taya sual çıxır: niyə birincidərəcəli parket daha bahadır? Bu
parket bütün əsəblərimizi korlayacaq! – o, əsəbi halda şika -
yətləndi. Artıq səbir kasası dolmuşdu, təmkinli, ağırtəbi ətli
Mubek heç özünə oxşamırdı.
Amma arvadı dərhal onunla razılaşdı.
– Tamamilə razıyam, – dedi.
Onlar bir müddət beləcə dayanıb parketə, daha doğrusu,
toranlığa baxdılar: bilirdilər ki, parket oradadır, gecənin qaran -
lığında onu görməsələr də, hiss edirdilər.
Mubek cütlüyü qeyri-müəyyən yaşdaydı. Birinci və ikinci
cavanlıq dövrü arxada qalmışdı. Amma buna baxmayaraq, on-
210 lara qoca da demək olmazdı. Təxmin etmək olar ki, onlar, necə
deyərlər, öz həyat yollarının zirvəsinə çatmışdılar. İstənilən
halda, bunu daha dəqiq öyrənmək üçün arxivləri eşələmək
lazım gələrdi.
Onlardan biri (bilmirəm hansı, onsuz da, fərqi yoxdur, çünki
illər keçdikcə tamamilə bir-birinə bənzəməyə başlamışdılar,
canbir qəlbdə idilər, sanki bir bədəndə birləşmişdilər. Sakit
payız axşamında qapının önündə dayanıb, döşəməyə tamaşa
eləyərkən də məhz belə görünürdülər), nəhayət, təklif irəli
sürdü:
– Bəlkə, xalça alaq, parketin üstünə sərək?
O biri cavab verdi:
– Əlbəttə, bu, niyə ağlımıza gəlməyib, çoxdan xalça alma -
lıydıq!