Page 212 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 212
XX əsrin Norveç hekayələri
Çox düşünüb-daşındıqdan sonra Mubeklər qərara gəldilər
ki, bu gözəl xalçanı qorumaq üçün başqa bir xalça alsınlar. Aza
qane olan, sadə həyat sürən Mubek cütlüyünün başqa bir
xalça almaq üçün müəyyən miqdarda vəsait xərcləmək imkanı
vardı. Ər-arvad yaxşı başa düşürdü ki, parket döşəməni tozdan
və ləkələrdən qorumaq üçün nə qədər səy göstərsələr, yenə
azdır. Mubekin işbilən tanışlarının köməyi ilə xaricdən Buxara
xalçası alıb gətirtdilər. Bunun əsl Buxara xalçası olub-
olmadığını dəqiq bilmirdilər (bu dünyada heç kimə etibar yox-
dur), amma aldıqları malın qiyməti şübhə yeri qoymurdu.
Mubeklər (indiki mərhələdə bunu sübut etməyə ehtiyac
yoxdur), necə deyərlər, heç vaxt ədalət hissini itirmir, həmişə
insaflı davranmağa çalışırdılar. Ölkə bu cür sadə, iddiasız
adamların çiynində dayanır. Amma neyləmək olar, parket
məsələsində əməlli-başlı ilişmişdilər!
Buxara xalçası onların büdcəsində böyük kəsir yaratmışdı.
Amma bu məsələ onları o qədər də narahat etmirdi: parket
döşəməni qorumaq üçün istər-istəməz müəyyən tədbirlər
görməlisən. Amma təbii ki, bununla iş bitmədi. Gün kimi aydın
idi ki, onlar bu gözəl xalçanı da başqa bir xalçayla (artıq
üçüncüsüylə) qorumalıdırlar.
212 Onlar qaba yundan hazırlanmış daha bir xalça aldılar.
Satıcının sözlərinə görə, hədsiz dərəcədə davamlı xalçaydı.
Düzdür, naxışları bir az solğun görünürdü, amma əvəzində
üstündə rahat gəzmək olardı. Satıcı başqa şeylər də demişdi,
amma cütlük xalçanı parketin üstünə sərən kimi hamısı yad-
dan çıxdı. Lakin bundan sonra Mubeklərin vicdanı sızlamağa
başladı: deyəsən, ucuz xalça almışdılar. Axı bu xalça onların
qiymətli parket döşəməsinə yaraşmırdı!
Mubeklərin yaşadığı şəhərdə xalça çeşidi elə də zəngin
deyildi. Bolluq idi, hər şey vardı, amma xalça sarıdan şəhər -
lilərin bəxti gətirməmişdi. Ona görə də iş vaxtının müəyyən
hissəsini xalça axtarmağa sərf edən Mubek istər-istəməz fir-
mada əmək intizamını pozmalı olurdu. Arvadı da ona dəstək
olur, tək buraxmırdı. Onlara elə gəlirdi ki, qaba yundan