Page 217 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 217
Kore Holt
Pişik və qəhvədan
ünlərin bir günü Yens uzaq səfərə çıxdı: iyun günlə -
Grindən birində Työnsberqə yola düşdü. Ayaqları
xəstəydi deyə başmaqlarını çıxarıb, yolun kənarıyla ayaqyalın
addımlayırdı. Bəzən ötüb-keçən maşınlar dayanır, onu da
götürmək istəyirdilər. Amma o, razılıq eləyib təklifdən boyun
qaçırır, öz yoluna davam edirdi. Vaxtını boş-boş söhbətlərə
sərf etmək istəmirdi. Əslində, Työnsberqə nə üçün getdiyini
də bilmirdi. Şəhərdə olmuş adamlarla söhbət etmişdi, yaxşı
bilirdi ki, orada maraqlı heç nə yoxdur. Ona görə də Työns -
berqə gedən Yens orada çox qalmayacağını, tezliklə evə qayı -
dacağını düşündükcə, kefi kökəlirdi. Amma o, şəhərə gələndə
gözü bir pişiyə sataşdı. Yiyəsiz pişik sahil körpüsünün yanındakı
daşın üstündə uzanıb əsnəyirdi. Nə qədər ürkək, qorxaq
məxluq olsa da, başqası onu sığallayanda heç narahat olmadı.
– Burda nə işin var, məstan? – Yens soruşdu.
– Onu Avstraliyadan gətiriblər, – körpünün kənarında otu-
rub, tələ yemini paslı qarmağa sancmağa çalışan oğlan dedi. –
Gəmidən düşdü, amma geriyə qayıtmaq istəmədi. Görünür, 217
aşpazdan küsüb.
Şəhərdən çıxanda (Yens elə həmin axşam geri qayıtdı),
pişiyi də özüylə götürdü. Məlum oldu ki, Työnsberqdə vaxt
keçirməyə dəyməz. O, küçələrdə şütüyən maşınlardan qorx-
urdu, amma pişiyin də onlardan qorxduğunu görüb ürəkl əndi.
Xeyli yol getdilər. Şər qarışanda yolu yarı etmişdilər. Şimal
tərəfdə, güclə sezilən dağların ətəyində bir balıqçı daxması
gördülər. Daxmada balıq duzlamaq üçün çəllək, köhnə adyalla
örtülmüş çarpayı, çoxdan soyumuş paslı soba vardı.
Yensin ayaqları qançır olmuşdu. Yolda rastlaşdığı adam -
ların çoxu qucağında pişik aparan yaşlı kişini görüncə istehzay -
la gülür, ona lağ edirdi. Amma Yens ömründə ilk dəfəydi ki,
birdən-birə ürəklənmişdi – onlara hirslə məsləhət görürdü ki,