Page 213 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 213
Odd Solumsmuen
hazırlanmış xalçanı aldıqdan sonra sakitləşəcək, rahatlıq
tapacaqlar; artıq lazım olan bütün işləri görüb qurtarıblar.
Amma sən demə, onlara elə gəlirmiş! Axı bir və ya bir neçə
xalça möcüzə yarada bilməz. Olsa-olsa, xalçalar fəlakəti
ləngidər, müəyyən mənada, hansısa xırda-para çatışmazlıq -
ların üstünü pərdələyər, amma onlar döşəməni cürbəcür
fəsadlardan xilas etmək iqtidarında deyil. Üstəlik, xalçalar bir-
biriylə yola getmir, bir-birinin havasını korlayır. Üstdən sərilmiş
xalça aşağıdakıların gününü qara eləyir, rahatca gün keçirtmək
əvəzinə, şuluqluq eləyir. Əlbəttə, Mubeklər bütün bunları
görür, parketə görə əvvəlkindən də bərk narahat olurdular.
Bundansa, parket çılpaq və müdafiəsiz qalsaydı, daha yaxşı
olardı!
Günlərin bir günü firmanın sahibi “əsəbləri pozulmuş”
Mubekin xoruzunu qoltuğuna verdi. Məhkəməyə təqdim
olunmuş xidməti xasiyyətnamədə belə yazılmışdı. Hə,
məhkəmədə... Çünki haqsızlıqla üzləşən Mubek məhkəməyə
müraciət etməli olmuşdu. O, məhkəmədə ifadə verərkən
hakimlər və andlılar (hələ məhkəmə zalında toplaşanları
demirəm) özlərini saxlaya bilməyib, başlarını bulamağa,
gülüşməyə başladılar. Mubek ifadəsində bildirdi ki, parket
döşəməyə yeddi xalça sərib. O hətta əlini masaya vurub bəyan 213
etdi ki, bu, onun (az qala “qanuni” demək istəyirdi) haqqıdır.
Mubeklər taleyə boyun əyməli oldular. Doğrudur, Mubek -
lər məhkəmədə özünü bir az kobud apardılar, hətta vəkillərlə
ağızlaşdılar da. Ümumiyyətlə isə, o da, arvadı da başıaşağı,
fağır adamlar idilər. Ona kiçik pensiya təyin etdilər. Onun
şərəfinə təşkil olunmuş vida mərasimində Mubek firma
sahibinə təşək kür etməyi də unutmadı. Onu hörmət-izzətlə
yola saldılar.
Mubek cütlüyü parketi qorumaq üçün nə qədər səxavətlə
pul xərcləyib, dəridən-qabıqdan çıxsa da, yenə də özlərini gü-
nahkar hiss edirdi. Üstəlik, həyatın təlatüm lərindən doğma
ocağın rahatlığı da qeybə çəkilmişdi. Artıq qonaq otağının
qapısı açılmırdı. Bu otaq onları saya salmır, vecinə almırdı.