Page 215 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 215
Odd Solumsmuen
günlər həddən ziyadə həyəcanlanan fru Mubek əsməcəyə tu-
tuldu, belə ki, əri tez-tez onu qucaqlayır, əsib-titrəyən bədən
üzvlərini tutub-saxlamağa çalışırdı. Qadın parketi görmək,
sığallamaq, oxşayıb-əzizləmək ehtirasını boğa bilmir, tir-tir
titrəyirdi. Bir dəfə sübhçağı yanaşı dayanıb dərdləşərkən, əri
də onun xəstəliyinə yoluxdu. Artıq o, arvadına kömək eləyə,
könlünü ala bilmirdi, çünki özünün də köməyə ehtiyacı vardı.
Onun içində heyvani hisslər baş qaldırmışdı, həmişə fəxr et-
diyi, baxıb qürurlandığı parketin həsrətindən dəli-divanə
olmuşdu.
Mubeklər dindar deyildilər, buna baxmayaraq, gecə
dəhlizdə diz üstə dayanıb Tanrıya dua edir, yalvarırdılar ki,
onların parketinin gizli tutulan sirrini bütün dünyaya əyan
etsin!
Bir neçə gündən sonra onları apardılar. Yox, polis tutub
aparmadı. Qanunla silahlanmış polislər gələndə Mubek cüt l ü -
yü artıq çıxıb getmişdi. Onlar çoxsaylı xalçalarından birinin,
deyilənə görə, İran xalça sının üstünə oturub aradan çıxmışdılar.
215