Page 220 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 220
XX əsrin Norveç hekayələri
Bir dəfə Yens hətta çiçək toplayıb, pəncərənin önündə suya
qoydu. Halbuki əvvəllər gül dərməyi ağlına da gətirməzdi. O,
ömründə bir dəfə də olsun, çiçək qatili olmamışdı, bahar
aylarında hər çobanyastığının yanından ehtiyatla keçirdi ki,
bilmədən onu əzməsin, heç vaxt onların ləçəyini qoparmazdı.
Amma məlum oldu ki, çiçəklər adamı dinləməyi bacarmır.
Onları çölə atmalı oldu.
Bir dəfə, bazar günü səhər tezdən Yens dağın ətəyinə,
pişiyin basdırıldığı yerə gələndə gördü ki, meşədən tüstü
qalxır. Meşənin tüstüləndiyini çox görmüşdü, çünki meşəqı -
ranlar burada ağac doğrayırdılar. Bəs görəsən, niyə evlərinə
getməyiblər? Axı bazar günüdür…
Yens çox dərinə getmədi – ona nə, meşəqıranlar niyə
evlərinə dağılışmayıb? Amma bu səhər nədənsə özünü nara-
hat hiss edirdi, tək idi, danışmağa heç kəs yoxdu.
Artıq evə qayıtmışdı. Amma maraq ona güc gəldi, özünü
saxlaya bilməyib, tüstülənən yerə doğru addımlamağa başladı.
Xeyli irəlilədikdən sonra Yens gördü ki, çayın burulduğu yerdə
ocaq çatıblar. Hələ tüstülənən ocağın yanında sınıq qəhvədan
gözünə dəydi. O, heç vaxt bu cür qəhvədan görməmişdi. Bu,
balaca, qadın başmaqları kimi zərif, xəncər kimi şişuclu, üskük
220 kimi yüngül və parıltılı qəhvədan idi. Amma indi üstünü his
basmışdı. Bir qulpu qırılıb sallanırdı.
Yens qəhvədanı çevirdi. Hisli qəhvədanın üzərində “Made
in Australia” yazılmışdı. O, höccələyə-höccələyə yazını oxudu,
nədənsə dərin fikrə getdi və sonra qəhvədanı götürüb, evə
yollandı. Yolüstü pişiyin qəbrinə dəyməyi də unutdu.
Payız və qış aylarında Yens günlərlə stol arxasında oturub,
fikirli-fikirli qəhvədana tamaşa eləyirdi. İlk dəfədi ki, harasa
çıxıb getmək barədə fikirləşirdi. Ona elə gəlirdi ki, nəsə çox
vacib bir şeyi əldən qaçırıb. Belə baxanda, heç nədən korluq
çəkmir, istədiyi kimi yaşayırdı. Məsələn, ürəyi istəyəndə
sadəcə ağacın altında dayanır və ya ucsuz-bucaqsız çəmən -
likdə kiçik bir ota çevrilə bilirdi. Bunu çoxları arzulayır, di gəl,
bu cür yaşamağı bacarmır və ya buna ürək eləmir. Amma yenə
də ona elə gəlirdi ki, nəsə çox vacib bir şeyi əldən buraxıb.