Page 225 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 225
Sulvey Kristov
Oğlan əlini avarlardan çəkmədən bu mənzərəni maraqla
seyr edirdi. Birdən könlündən keçdi ki, kaş bu hərbçilərin ara -
sın da olaydı, parıldayan düyməli forma geyib onlara qoşu -
laydı...
Axşam, gəminin işıqları yananda uşaq çoxdan şirin yuxuya
getmişdi. Amma böyük qardaşı yatmamışdı, ona elə gəlirdi ki,
gecənin qaranlığında, körfəzdə işıqlara qərq olmuş bir saray
ucalır – lap nağıllardakı kimi! Yaşı çox deyildi, hələ nağıllara
inanan vaxtı idi. Ağlından keçdi ki, yəqin, bu sarayda şahzadə
qız yaşayır, amma dərhal bu fikirdən vaz keçdi, daha doğrusu,
özündən utandı, uşaq deyil axı, belə şeylərə necə inana bilər?
Tezliklə o da şirin yuxuya daldı...
Günlər keçirdi, gəmi də körfəzdə lövbər salıb dayanmışdı.
Oğlana elə gəlirdi ki, günlər çox qısalıb. Böyük qardaşın isə
sevincinin həddi-hüdudu yox idi. Bəs necə, axı ona gəminin
göyərtəsinə qalxmaq nəsib olmuşdu. Balaca qonağı limonada,
peçenyeyə qonaq etmişdilər, üstəlik, saqqız da vermişdilər.
Amma gəmidəki topların, mərmilərin, silahların yanında bun-
lar nə idi ki? Ömründə belə şeylər görməmişdi. Bir səhər gəmi
körfəzi tərk etdi və qarşı tərəfdəki yaşıllığa qərq olmuş uca dağ
yenidən kölgəsini sulara saldı. Yan tərəfdəki qırmızı evdə isə
təmizlik işlərinin qızğın çağı idi, paltar yuyurdular. Külək 225
zivədəki ağ camaşırları yellədib sanki körfəzin qarşı tərəfində
yaşayanlara əl yelləyirdi: hey... baxın, biz hələ buradayıq!
Uşaq da zivənin qarşısında durub əlini yelləyirdi, amma
yaxşı bilirdi ki, uzaqdan kimsə onu görməyəcək.
Bostanda cəfəri və kök cücərmişdi. Günəş qaynar şüalarını
torpaqdan əsirgəmirdi.
“Belə yaydan kim inciyər?” – böyüklər bir-birinə baxıb
məmnunluqla bildirirdilər.
Bir gün səhər körfəzdə yeni hərbi gəmi peyda oldu. Əv -
vəlkindən daha böyük və əzəmətli idi.
– Kimin bayrağıdır? – uşaq yenə anasından soruşdu.
Ləkləri sulayan ana bayrağın hansı ölkəyə məxsus olduğu -
nu söyləyib əlavə etdi: