Page 228 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 228
XX əsrin Norveç hekayələri
– Məlum məsələdir, belə gəmilərin qiyməti çox bahadır, –
ana böyük oğlunun sözünə qüvvət verdi.
Və oğlan gəmidə gördüklərini təsvir etməyə başladı. Sən
demə, gəmidə olub və bu üzən nəhəng barədə hər şeyi öyrə -
nib, ora necə girməyin bütün yollarını bilir.
– Böyüyəndə gəmi kapitanı olacağam, belə bir gəmiyə ko-
mandirlik edəcəyəm, – böyüklər kimi danışmağa can atırdı,
ona elə gəlirdi ki, gəmidəki pillələri birnəfəsə qalxıb və indi
kapitan körpüsündə dayanıb.
– Mən isə yanğınsöndürən olacağam, – uşaq qürurla
bildirdi.
Əslində, heç yanğınsöndürən olmaq istəmirdi, ancaq belə
bir məqamda mütləq nəsə deməli idi.
Böyük qardaşı saymazyana ona baxdı, anası isə belə cavab
verdi:
– Xoşbəxtlikdən, sizin böyüməyinizə hələ çox var, o vaxta
qədər fikriniz yüz dəfə dəyişəcək...
– Məndən başqa! – böyük qardaş etirazını bildirib evə
tərəf döndü və əsgər kimi addımladı. “Qadınlar və uşaqlarla
çənə döymək kişi işi deyil!” – düşünüb çiyinlərini dartdı.
Kiçik qardaşın isə burnuna tanış qoxu gəldi. Bilirdi ki, bu
228 qoxu gələn tərəfə getsə, qarşısına körpə mavi çiçək çıxacaq.
Getdi də. Çiçək görəcəyinə əmin olsa da, hər dəfə məəttəl
qalırdı: necə olur ki, körpə mavi çiçək ətrafa belə ətir saçır?
Ana ləklərin arasında yorulmadan alaq edirdi. Düşünürdü:
tezliklə övladlarım üçün təzə yerkökü və tər cəfəri bitəcək. On-
lara vitamin lazımdır, axı boy atırlar...