Page 233 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 233

Leyf Arnold Holma

             – Mən onu tapmışam, – oğlan inad elədi. – O, mənimkidir!
             – At deyirəm yerə. Tulla getsin. Əsgərlər onu necə götür -
          düyünü görsəydilər, səni güllələyərdilər.
             Amma oğlan qulaq asmadı, daşı ovcunda sıxıb saxladı.
             Yol cənuba tərəf burulurdu və indi çay boyunca uzanırdı.
          Suyu bol olan enli çay idi, üzü şimala axırdı.
             Daha ağaclar gözə dəymirdi. Yolun da, çayın da hər iki
          tərəfi düzənlik və yaşıl çəmənlik idi. Küləkdə yellənən qızılı
          çovdar artıq yetişmişdi. Onlar aralıdan biçinçiləri gördülər. At-
          lara, taxılbiçən və dərzbağlayan maşınlara baxan oğlan qısa
          müddətə dərdini unutdu. Sonra yenə astadan zarıdı, çünki indi
          lap çox acmışdı, ayağı da bərk ağrıyırdı. Çəkməsinin altı qopub
          aralanmış, içinə çınqıl dolmuşdu. Amma qoca ayaq saxlamağa,
          oğlana nə cürsə kömək göstərməyə ürək eləmədi. Əsgərlər
          dustaqların hər bir hərəkətinə göz qoyurdu; onlar bu cür
          qayda pozuntusuna dözməzdilər. Avtomatların qara lüləsi
          birbaşa dəstəyə tuşlanmışdı və qoca yaxşı bilirdi ki, bu, elə-
          belə, xof yaratmaq xətrinə deyil. Odur ki, oğlana təskinlik
          vermək istədi.
             – Tezliklə çatırıq, onda ayaqların da dincələr.
             Oğlan ağladı. Təsəlliverici sözlər daha işə yaramırdı. Amma  233
          qocanın ehtiyatda daha bir təsəllisi vardı, özü də çox ciddi
          təsəlli.
             – Lap çox acmısansa, sənə yeməyə bir şey verərəm.
          Cibimdə bir dilim çörək var. Düzdür, bir az qurudu, amma
          sənin dişlərin batar.
             Oğlan o dəqiqə ağlamağını kəsdi. Qoca gülümsündü.
             – Bəlkə, çörəyi qopardıb sənə loğma-loğma verim?
             – Hə, baba.
             Sonra yalvarıcı səslə soruşdu:
             – Baba, səndə çörək çoxdu? Mənə dilimin hamısını
          verəcəksən?
             – Əlbəttə. Amma əvvəlcə gözünü sil. Özün də elə ye ki, heç
          kəs görməsin, yoxsa əsgərlər tutub əlindən alarlar.
   228   229   230   231   232   233   234   235   236   237   238