Page 234 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 234
XX əsrin Norveç hekayələri
Oğlan başını tərpədib, çirkli əlləriylə gözünün yaşını sildi.
Qoca əlini cibinə salıb quru çörəkdən bir tikə qopartdı; oğlan
onu cəld ağzına soxdu.
Bu, çox çəkmədi, çünki çörək dilimi nazik və balaca idi,
oğlan isə cəld və acgözlüklə yeyirdi. Daha çörək qalmayanda
qoca cibinin künclərini qurdalayıb qırıntıları topladı ki, özü
yesin. Amma oğlanın irəli uzanmış əlini görəndə ürəyi əsdi və
qırıntıları da nəvəsinə verdi. Təsəlli öz təsirini göstərdi. Çörək
bir müddətə oğlana ayağının ağrısını unutdurdu. Amma aclıq
səngimədi, qırıntıları udandan sonra oğlan yalvarıcı səslə
soruşdu:
– Baba, səndə yenə qalıb?
– Yox, daha heç nə qalmayıb.
Çay sakit, rəvan axırdı. Bəzi yerlərdə yol suyun düz qıra -
ğından keçirdi. Bu yerlərə qoca yaxşı bələd idi, oğlana da dedi
ki, bir neçə saatdan sonra körpüyə çatacaqlar. Amma oğlan
çörək deyib zarıyırdı.
– Körpüyə çataq, orada, yəqin ki, dincələrik, yemək də ve -
rər lər.
Çay boyunca uzanan yolun qırağında otlar dizə çıxırdı. Bir
yerdə suda ördəklər üzürdü. Oğlan gözlərini bərəldib bu iri
234 quşlara baxırdı. Qoca onu başa salmalı oldu ki, ördəklər pən -
cələriylə suya avar çəkə-çəkə necə üzə bilirlər, hərdən yem
dalınca çayın dibinə necə baş vururlar.
Bir az gedəndən sonra isə o, anasından ayrılan və dünyada
tək qalan ördək balasının nağılını nəvəsinə danışdı. Bu ördək
balası bütün yay uzunu təkbaşına gəzib dolaşmış, heç vaxt gör -
mədiyi gözəl yerlərdə üzmüş, başına çoxlu macəralar gəlmişdi.
Amma nağıl qəmgin sonluqla bitirdi. Ördək balası qaranlıq
meşədə azır, orada isə ac tülkü onu tutub yeyirdi. Bu əhvalat
oğlanın xoşuna gəlmədi. O, başqa nağıl eşitmək istəyirdi.
– Baba, mənə Nisse-Yakobun nağılını danış.
Qoca gülümsündü.
– Axı bu, doğruçu nağıl deyil. Nisse-Yakobun başına gələn -
ləri mən özümdən quraşdırmışam, onu sənin baban düzüb-