Page 235 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 235
Leyf Arnold Holma
qoşub. Onda sən lap balaca idin, dizlərimin üstündə otur -
muşdun. Amma indi, maşallah, böyümüsən, yəqin, daha sənə
maraqlı olmaz... Bəlkə, sənə nəsə başqa şey danışım?
– Yox, mən Nisse-Yakobun nağılına qulaq asmaq istəyirəm.
Oğlanın səsi qətiyyətli idi və qoca gülümsündü.
– Doğrudanmı bu nağıl hələ də yadındadır? Onu sənə
danışdığım vaxtdan gör neçə il keçib, az deyil.
– Hə, yadımdadı. Yenə danış, qulaq asmaq istəyirəm.
Nisse-Yakobdan da danış, meşədə yaşayan bütün vəhşi hey-
vanlardan da.
– Hə, hə! Amma yadıma sal, görüm o, necə başlayırdı.
Yaman qocalmışam, yaddaşım da əvvəlki deyil.
Oğlan gülümsədi:
– Sənin yadında deyil Nisse-Yakob harda yaşayırdı?
– Necə yadımda deyil, yadımdadır. O, meşədə yaşayırdı.
– Balaca, qırmızı evdə, – oğlan dəqiqləşdirdi.
– Hə, elədir, – qoca başını yellədi. – Balaca qırmızı evdə...
Meşə isə vəhşi heyvanlarla dolu idi... Əlbəttə! Orda pələnglər
vardı, şirlər, ayılar, meymunlar, dünyadakı bütün vəhşi hey-
vanlar vardı. Elədirmi?
– Hə, baba. Amma nağılda hamısı yox idi, təkcə tısbağa,
şir, fil, bir də sığın vardı... 235
– Hə, hə, elədir!
– Onda, danış, baba.
– Qoy bir baxım görüm.
Qoca bir qədər fikirləşdi, sonra yadına düşənləri astadan
danışmağa başladı. O, hər gün meşədə gəzib-dolaşan, gilə -
meyvə və gül yığan, rastlaşdığı bütün vəhşi heyvanlarla söhbət
edən balaca cırtdanın nağılını danışırdı. Nisse-Yakobun ayağı
ağrıdığı üçün daim axsayan, həmişə də giley-güzar edən tıs -
bağa ilə, balaca cırtdanı qorxudan şirlə, çayın qırağında da -
yanıb xortumuyla öz üstünə su tökən fillə necə görüş məsindən
da nışdıqca oğlan şən halda gülürdü.
Amma sonra oğlan susdu və nəfəsini qısıb balaca cırtdanın
sığınla görüşünə qulaq verdi. Bu sığın balaca cırtdana icazə