Page 236 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 236
XX əsrin Norveç hekayələri
vermişdi ki, onun belinə minsin, sonra da cırtdanı bütün
meşədən keçirərək Yakobun yaşadığı evə gətirmişdi.
Qoca nağılı danışıb qurtaranda oğlan fikirli-fikirli dedi:
– Əgər biz sığına rast gəlsək, bəlkə, o, məni də belinə alıb
gəzdirər...
– Ola bilər.
– Baba, bəs meşədə vəhşi heyvanlar çoxdur?
– Hə, lap çoxdur.
– Mənsə onları heç vaxt görməmişəm, – oğlan qəmli-
qəmli dedi.
– Hə, sən onları görməmisən.
– Mən şir olmaq istəyirəm, onda bizi qoruyan əsgərlərin
hamısını yeyərdim.
– Sakit ol, sakit ol! Belə danışmaq olmaz.
Oğlan susdu. Bu vaxt qabaqda gedən başısarıqlı cavan dala
qanrılıb dedi:
– Nədən qorxursan, qoca? Onsuz da, onlar birazdan
hamımızı öldürəcəklər.
– Uşağın yanında belə söz danışma, – qoca ona çəmkirdi.
– Eybi yox. Birazdan özü hamısını görəcək. Yoxsa sənin
236 qulağına pambıq tıxanıb? Bəyəm arxada atəş səslərini eşit -
mirsən? Əsgərlər yeriməyə gücü qalmayanların hamısını
öldürürlər.
Qoca hirsləndi:
– Eşidirəm də, bunun nə olduğunu bilirəm də. Amma
uşağı niyə qorxudaq?
Bir müddət keçdi. Qoca yenidən nəvəsinə üz tutdu:
– Göyə bax. Gör nə gözəldir! Gör günəş buludların arxasın -
dan necə çıxır!
Oğlan başını qaldırıb yuxarı baxdı. Amma qoca onun başını
qata bilmədi. Oğlan göz yaşının arasından dedi:
– Mən lap bərk acmışam, susamışam. Mənim ayağım
ağrıyır.
Qoca köks ötürdü.