Page 237 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 237
Leyf Arnold Holma
– Çalış ayağını yerə yüngül bas. Birazdan körpüyə çatanda
dincələrik. Onda sənin ayaqqabılarını qaydaya salaram. Orda
bizə çörək də verəcəklər, su da.
Günəş qüruba yaxınlaşır, gün bitirdi. Göydəki buludlar da
harasa çəkilmişdi. Yol indi qupquru və tozlu idi. Toz dumanı
bütün dəstəni bürümüşdü. Qocanın paltarı qurşağacan
bozarmışdı. Boyca balaca olan oğlanın isə üzü də toz içində
idi. O, gedə-gedə ağlayırdı, amma ağzını açıb bir kəlmə söz
demirdi, çünki toz ağzına, burnuna dolur, boğazı gicişirdi.
Sonra ağlamağını da kəsdi. Üzündən hələ də yaş axırdı,
sifətində çirkli şırımın izi qalmışdı. Qoca zənlə oğlana baxsa
da, sifətini yaxşı görə bilmirdi, çünki oğlan başını aşağı sal -
lamışdı.
Yol hələ də çay boyunca uzanıb gedir, suyun qıjıltısı lap
yaxınlıqdan eşidilirdi. Onlar daha bir kəndin yanından adla -
dılar. Amma oğlan bunu görmədi. Toz onun gözlərini də,
qulaq larını da örtmüşdü. O, heç nə danışmırdı, heç yolun qıra -
ğında dayanıb dəstəni kirimişcə süzən adamları da görmədi.
Daha bir saat getdilər. Uzun sükutdan sonra qoca dedi:
– Mən artıq körpünü görürəm. Birazdan ona çatırıq.
Oğlandan cavab gəlməyəndə qoca səsini qaldırıb bu dəfə
bərkdən dedi: 237
– Birazdan körpüyə çatırıq. Mən artıq onu görürəm. Lap
az qalıb. Körpünün o üzündə böyük çəmənlik var. Orda biz
dincələcəyik. Bala, məni eşidirsənmi?
Amma cavab gəlmədi.
Əgər babasının əli onun əlindən tutmasaydı, yəqin ki,
yıxılardı.
Onlar artıq dəstənin ön cərgəsində getmirdilər; arxadan
atəş səsləri indi lap aydın eşidilirdi. Oğlanın ayaqları körpünün
yanındakı axırıncı təpəciyi də birtəhər aşdı, amma daha gedə
bilmədi.
Qoca yenə cəhd elədi ki, nəvəsini ruhlandırsın, intəhası,
oğlan onu eşitmirdi. İşi belə görəndə qoca oğlanı qollarının
üstünə alıb körpüdən keçirtdi.