Page 232 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 232
XX əsrin Norveç hekayələri
– Allahın və mələklərin yanında?
– Hə, mələklərin yanında. Orda ona yaxşıdır.
Oğlan fikrə getdi və daha heç nə soruşmadı. Tezliklə bu
məsələni unutdu.
Qoca fikirləşdi: uşaq xoşbəxtdir ki, hələ heç nə başa
düşmür. Ölümün nə olduğunu heç təsəvvür belə eləmir. Axı
tezliklə, yəqin, o özü də öləcək.
Sübh tezdən yola düşmüşdülər. Günorta balaca bir kəndin
yanından ötüb çayın qırağına çıxdılar. Kənd çörəkxanası yolun
kənarında idi, oradan təzə bişirilmiş çörəyin ətri gəlirdi. Oğlan
yenə zarımağa başladı:
– Baba, mən yemək istəyirəm.
– Bir az döz. Bizə axı düşərgədən çıxmazdan qabaq yemək
vermişdilər.
– Bu gör nə vaxt idi, özü də mənə az vermişdilər!
– Birazdan, yəqin, yenə verərlər. Sən nəsə başqa şey
barədə fikirləş, onda aclığın yadından çıxar.
– Bacarmıram, baba. Mənim qarnım ağrıyır.
– Eybi yox, birazdan keçər.
Kəndin adamları orada-burada topalaşıb durmuşdular.
Kasıb olduqları aşkar bilinirdi. Onlar bu uzun dəstəni dinməz -
232 cə, çarəsiz baxışlarla müşayiət edirdilər.
Yolayrıcında iki qızcığaz oynayırdı. Qumun üstündə xanalar
çəkmişdilər, bir ayaqları üzərində hoppana-hoppana qırmızı
kərpic parçasını irəli itələyirdilər.
Dəstə qaşqabaqlı kəndlilərin yanından keçəndə oğlan
babasının arxasında gizləndi. Amma xana-xana oynayan
qızlara maraqla baxırdı. Yanlarında böyüklər olmadığından
qızlar rahatca öz oyunlarını oynayırdılar. Onların oynadıqları
qırmızı kəsəklərdən biri yolun qırağında idi. Oğlan cəld əyilib
onu götürdü. Amma qoca təlaşla dedi:
– At daşı yerə!
– Yox, – oğlan dedi. – Atmıram. Qəşəng daşdır.
– Belə eləmək olmaz. Bizə yoldan heç nə götürməyə icazə
yoxdur. Bu daş qızlarınkıdı, sən onu niyə götürdün?