Page 227 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 227
Sulvey Kristov
– Ana, bəs düşmən hanı?
Ana övladına baxıb düşündü ki, çox ağıllı sualdır, amma
cavab tapa bilmədi.
– Düşmən... – tərəddüdlə dilləndi.
– Hə, hə, düşməni deyirəm, hanı? – uşaq əl çəkmədi.
Qəfildən ananın ağlına əla bir fikir gəldi:
– Əziz balam, düşmən bizim qəlbimizdə, ürəyimizdədir.
Uşaq susdu. Ürəyin harada yerləşdiyini bilirdi, əlini sol
döşünün üstünə qoydu – düşməndən əsər-əlamət yox idi,
ürək adi qaydasında döyünürdü, axşamlar körfəzdə şütüyən
qayıqların mühərriki kimi, saat kimi çalışırdı.
Ana anladı ki, dedikləri oğlunun ağlına batmayıb.
– Əziz balam, bilirsən, özümüzü pis aparanda, böyüklərin
sözünə qulaq asmayanda, doğmalarımıza kömək etməyəndə
düşmən ürəyimizə girir.
Görünür, bu izah da ananın dadına çatmadı.
– Qulaq as, oğlum. Dünyada o qədər dərd-sər var ki!
İnsanların böyük əksəriyyəti yoxsul yaşayır, aclıq çəkir. Biz
onların qayğısına qalıb yardım əli uzatmalıyıq.
– Çörəkləri yoxdur? – uşaq təəccüblə soruşdu.
– Hə, çörək almağa pulları yoxdur.
Uşaq fikrə daldı, sonra yenə sual verdi: 227
– Ana, çörəyi olmayan bu insanların da qəlbində düşmən
var?
Bəli, uşaq ağıldan itidir. Ana özünü itirdi, tez-tələsik
düzgün, pedaqoji cəhətdən məqbul sayıla biləcək cavab
axtarmağa başladı – axı yaxşı, qayğıkeş ana idi. Bu an böyük
qardaş qaçıb onların yanına gəldi. Günəşdən qaralmış,
həyəcandan da qızarmışdı.
– Bir neçə yüz milyon, – təngnəfəs dilləndi.
Ana söhbətin yarımçıq kəsildiyinə sevindi, deməli, kiçik
oğlu üçün cavab axtarmağa gərək yoxdur.
– Nədən bəhs edirsən?
– Gəmi... Qiyməti bir neçə yüz milyondur... – həyəcandan
nəfəsi kəsilirdi.