Page 222 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 222
XX əsrin Norveç hekayələri
– Sən elə indi də cavansan.
– Onu Avstraliyadan alıb gətirmişəm. Gözəl günlər idi.
Oradan, bəlkə də, min dənə qəhvədən alıb gətirə bilərdim.
Onları burada satsaydım, əməlli-başlı varlanardım. Amma
cavanlıqda burnunun ucundan uzağı görmürsən.
– İt saxlasaydın, yəqin ki, özünü tənha hiss etməzdin…
– Mənim nə itim var, nə də başqa bir heyvanım. Əlavə
başağrısıdır. Yalnız mane olurlar. Yox, görüb-eşitdiklərim mənə
bəsdir, onları xatırlamaqla günümü keçirirəm.
– Gəzib gördüyün yerlərin xiffətini çəkmirsən? – qadın
soruşdu.
– Əlbəttə, həmin yerlərə baş çəkmək pis olmazdı. Dünyanı
gəzib-dolaşandan sonra evdə boş-bekar oturmaq çətindir! Bəs
sən? – o, birdən-birə soruşdu, – harasa getmək istəyirsən?
– Yox, – qadın qəhvədanı götürüb, ona qəhvə süzdü. – Heç
yana getməyə həvəsim yoxdur. Amma çox istərdim ki, itim
olsun, mən danışanda stolun üstündə oturub dinləsin.
222