Page 219 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 219
Kore Holt
Bir gün pişik nasazlayıb öldü. Ola bilsin, Yens onu tapanda
artıq qocalıbmış. Gözləri pis görürdü, çevikliyini, qıvraqlığını
itirmişdi, son günlərdə isə tükləri qəribə, bozumtul-ağ rəngə
çalırdı. Bundan başqa, oynaqlarında revmatizm vardı, ölümün -
dən qabaq xəstəliyi şiddətlənmişdi, bazar günləri Yensin kiçik
monoloqlarını dinləmək üçün artıq hoppanıb stolun üstünə
çıxa bilmirdi. Bir dəfə evə qayıdanda Yens gördü ki, pişiyin
bığının sağ tərəfi yoxdur. Bəlkə də, hansısa ədəbsiz siçanlar
bığını yolmuşdu. Pişiyin dişlərində can vermiş atalarının,
gözüyaşlı analarının qisasını almışdılar. Onu bu halda görən
Yens başa düşmüşdü ki, artıq iş işdən keçib.
Onlar kirimişcə vidalaşdılar. Yens təlaşa düşmədən, ağla -
yıb-sıtqamadan dostunu meşədə torpağa tapşırdı. Əvvəlcə
pişiyin qəbrinin üstünə xeyli torpaq tökdü ki, dostunu ziyarət
etməyə gələndə yerini asan tapsın. Bundan sonra bu yer təkcə
ona məxsus idi, buraya yalnız o gələ bilərdi. Amma təpəcik
kənar adamların da diqqətini çəkə bilərdi. Birdən yoldan ötüb-
keçənlər fikirləşər ki, bu kiçik qəbrin yanında ayaq saxlamağa
onların da haqqı çatır, onda necə? Yens qəbrin üstündəki
təpəciyi dağıdıb yerlə bir etdi. O, vaxtaşırı dostunun qəbrini
ziyarət edir, burada dayanıb ötüb-keçənləri xatır layırdı. 219
Bəzən elə olurdu ki, onların arasındakı hüdud – diri ilə
ölünü, canlı bədənlə puç olmuş vücudu, insanla pişiyi, düny a -
dakı kiçik məsafələri və ölümün dərkedilməz sonsuzluğunu
bir-birindən ayıran sərhəd birdən-birə itir, yox olurdu. Onda
Yens yenidən öz dostunun varlığını hiss edir, onunla baş-başa
verib söhbətləşə bilirdi. Belə dəqiqələrdə Yens olduqca mənalı
sözlər deməyə çalışırdı. Ona elə gəlirdi ki, çox uzaqgörən, hər
şeyi dərindən götür-qoy eləyə bilən adama çevrilib.
Pişik onu tərk edəndən sonra dünya Yensin başına dar
oldu. Evi də ona çox darısqal gəlirdi. Yens evin içini, az da olsa,
genişləndirmək üçün müxtəlif üsullara əl atır, dəridən-
qabıqdan çıxırdı. Amma heç nə alınmırdı. O, bütün pəncərələri
açmış, stolu həyətə çıxarmış, ayaqqabılarını divardan asmışdı.