Page 218 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 218
XX əsrin Norveç hekayələri
dişlərini ağartmasınlar: yol uzun olduğu üçün pişik yorulub,
artıq yeriyə bilmir. Adamoynadanlar dərhal səslərini kəsirdilər.
Qaranlıq düşəndən sonra Yens dincəlmək qərarına gəldi.
Başmaqlarını çıxarıb otun üstünə uzandı və o dəqiqə yuxuya
getdi. Pişik də yatdı. Amma çox keçmədi ki, ayılıb Yensin qançır
olmuş ayaqlarını yalamağa başladı. Sonra yollarına davam
etdilər.
Yay axşamı açıq-mavi rəngə çalır. O, yumşaq əllə riylə otlara
sığal çəkir, çayların, su hövzələrinin kənarıyla ahəstə-ahəstə
sürüşür, balaca, yumşaq ayaqqabılarını yerə asta basır.
Şimalda iki çəhrayı, uzunsov bulud bütün üfüqü tutmuşdu.
İnsanla pişik dağ silsiləsinin ətəyində, balıqçı daxmasında
yaşamağa başladılar. Pulları qurtaranda meşədən odun qırıb
satırdılar. Yens də, pişik də aza qane idilər, onlara çox pul lazım
deyildi. Yens pişiyə özü kimi oturmağı öyrətmişdi. Ona elə
gəlirdi ki, onun gördüklərini – səmadakı günəşi, göy üzünün
sulardakı əksini, küləklərin qovaladığı buludları – pişik də
görür. Əmin idi ki, onun eşitdiklərini – quşların qanad səsini,
sərin meh əsəndə otların xışıltısını, qış yaxınlaşarkən nəhəng
meşənin kədərlə köks ötürməsini – pişik də eşidir.
218 Soyuqlar düşəndən sonra birlikdə yatmağa başladılar.
Bayram günlərində, yalnız bayram günlərində oturub, meh -
riban söhbət eləyirdilər. Başqa vaxtlarda Yens çox danışmağı
sevmirdi. Pişik onun ayaqlarına sürtünüb, nə qədər söhbətə
çəkmək istəsə də, Yens şənbə gününə kimi dinib-danışmazdı.
Yalnız bazar günü, səhər tezdən Yens qəlyanını yandırıb, pişiklə
söhbətə başladı. Düz iki saat ara vermədən danışdı. Dünyanın
gedişatından, öz həyatından danışırdı. O, həmişə sözün
düzünü deyir, heç kəsə imkan vermirdi ki, onu çaşdırsın. Avs-
traliyadan gətirilmiş, dünyanın yarısını gəzib-dolaşmış, ağıllı,
xeyirxah pişik stolun kənarında oturub onu dinləyirdi. O,
gözlərini qıyıb, razılıq əlaməti olaraq başını yelləyir, sahibinin
üzünə baxa-baxa xumarlanırdı. Əli siyənək balığı qoxuyan kişi
onun başını tumarlayanda isə nəzakətlə dikəlirdi.