Page 221 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 221
Kore Holt
Yens qəhvədanın qulpunu sındırıb, yenidən yerinə bərki -
dirdi. Qışın oğlan çağı idi, yolu-rizi qar basmışdı, soyuq adamın
iliyinə işləyirdi. Yens birdən-birə hazırlaşıb yola çıxdı və
yenidən Työnsberqə getdi. O, şəhərdən alüminium parçası alıb
evə qayıtdı və artıq üçüncü dəfə qəhvədanı təmir etməyə
başladı. Son dərəcə ehtiyatlı davranırdı. Qəhvədanı səliqəylə
təmir etdi – öz məharətinə özü də heyran qalmışdı. Amma
yenə də qəhvədan əvvəlki kimi gözəl görünmürdü.
Yazda onun qonağı gəldi...
Gəmidə işləyən qadın evə qayıtdıqdan sonra özünü
dənizdə olduğundan daha tənha hiss etməyə başlamışdı.
Görünür, başqa qadınlardan çox gəzmiş, çox şeylər görmüşdü.
Amma hər halda, bəzi kişilərdən çox gəzib-görə bilməzdi.
Qadın dünyanın bir çox liman şəhərlərində olmuş, amma yeni
heç nə görməmişdi. Hər yerdə eyni şeylər – qan, şərab, söyüş-
təhqir, dava-dalaş. Pula satılsan, özünə nifrət edəcəksən,
satılmasan, tənhalığa məhkum olacaqsan. Gəmidə aşpaz
işləyirdi. Hər axşam yatağa girməzdən əvvəl, qapının arxa sında
barrikada qurmalı olur, səhərlər isə mükafat olaraq, qaşqabağı
yerlə gedən heyət üzvlərinin sir-sifətinə ləzzətlə tamaşa
eləyirdi. Qapını bağlayanda otuz kişinin hamısı bir nəfər kimi
ona nifrət edir, gecə kayuta buraxdığı yeganə kişi isə tezliklə 221
başqa qadınla oturub-durmağa başlayırdı. Neyləmək olar, qis -
məti beləydi.
Hər dəfə səfərdən qayıdanda özüylə çoxlu gözəl pal-paltar
gətirirdi. Onunla görüşməyə gələn rəfiqələri paltarları əlləş -
dirir, heyranlıqlarını gizlədə bilmirdilər. Amma qadın arxasını
çevirən kimi mənalı-mənalı baxışırdılar: görəsən, bütün bun -
ları hansı yolla əldə edib?
Qadın bütün bunlara dözməyib, tez-tez dağlara çıxmağa
başladı, sanki nəsə axtarırdı. Nəhayət, bir bazar günü axtar -
dığını tapdı.
– Nə gözəl qəhvədandır! – qadın dedi.
– Avstraliyadan gətiriblər, – Yens izah etdi. – Onu çoxdan
almışam, onda hələ cavan idim.