Page 226 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 226
XX əsrin Norveç hekayələri
– Əziz balam, belə gəmiləri ona görə düzəldirlər ki,
müharibə başlasa, bizi qorusun...
– Hə... – uşaq çoxbilmişcəsinə anasının sözünə qüvvət
verdi.
Uşaq körfəzdə hərbi gəmilər görməyə adət etmişdi. Həmin
gün qara torpaqda səkkiz iri soxulcan üçün yuva düzəltdi.
Böyük qardaşı isə qayığa minib gəmiyə doğru üzür, yeni,
maraqlı şeylər görməyə tələsirdi. Gecələr işıq selinə qərq
olmuş gəmiyə baxanda artıq təsəvvüründə nağıl saraylar,
gözəl şahzadə qızlar canlanmırdı. Qaranlıq səma altında şahə
qalxan dalğaları yarıb keçən, amansız döyüşə atılan yenilməz
gəmi, qəhrəman matroslar barədə düşünürdü. Əgər matrosun
qismətinə döyüşdə, güllə yağışı altında həlak olmaq yazılıbsa,
sonradan göyərtədə matəm mərasimi təşkil olunur, dənizçilər
farağat dayanır, bayrağa hərbi təzim edib əllərini sol döşünün
üstünə qoyur, igid döyüşçünün cəsədini şeypur sədaları
altında dənizə atırlar! Gözünün qabağına belə mənzərələr
gəlirdi və hər dəfə də yeni-yeni xəyallar qururdu...
Bu dəfə gəmi günün günortaçağı lövbərini qaldırıb yola
düşdü, sanki körfəzin iki qarşı sahili arasında məsafə daraldı,
ancaq gəmi gözdən itəndən sonra hər şey əvvəlki yerini aldı.
226 Yayın qızmar çağında, göydən od ələnən günlərin birində
körfəzdə üçüncü hərbi gəmi peyda oldu. İkincidən də böyük
və möhtəşəm idi! Göyərtəsində aerodrom yerləşmişdi, qırıcı
təyyarələr gurultu ilə səmaya qalxır, evin, bostanın, ananın,
uşağın və böyük qardaşın başı üzərindən ildırım sürəti ilə uçur-
dular.
– Kimin bayrağıdır? – uşaq xəbər aldı.
Anası dalğalanan bayrağın hansı ölkəyə məxsus olduğunu
deyib əlavə etdi:
– Əziz balam, bu gəmini ona görə düzəldiblər ki, müharibə
başlasa, bizi qorusun...
Uşaq nə qədər kiçik olsa da, başa düşdü ki, anası qoru-
maqla bağlı nəyi isə düz demir, anasının ətəyindən dartıb
soruşdu: