Page 224 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 224
XX əsrin Norveç hekayələri
Uşaqlar boy atır...
ecədən bəri mənzərə xeyli dəyişmişdi. Körfəzin qarşı
Gtərəfindəki dağı səmadan ayıran yumşaq cizgilər yox
olmuşdu. Körfəzdə də iri gəmi lövbər salmışdı. Mavi yaz səma -
sının fonunda bu boz rəngli polad nəhəng kiçik körfəzə güc-
bəla ilə sığışmışdı, dağ kimi ətrafa kölgə salırdı. Sahildən yan
tərəfdə bostanda ana yerkökü və cəfəri əkirdi. Yanında uşaq
vardı, torpağın üstündə oturub gəmiyə baxırdı.
– Hərbi gəmidir – anası izah elədi.
Uşaq diqqətlə gəminin üzərində dalğalanan bayrağa baxdı,
onu maraq götürdü, belə bayraq görməmişdi.
– Hardan gəlib, ana?
Ana gəminin hansı ölkəyə məxsus olduğunu söylədi.
– Bilirsən, – sözünə davam etdi, – bu gəmini ona görə
düzəldiblər ki, birdən müharibə başlasa, adamları qorusun.
– Hə.... – uşaq çoxbilmiş kimi anasının sözünə qüvvət verib
yenidən diqqətlə gəmiyə baxdı. Tezliklə bu məşğuliyyətdən
bezdi. Anasının qazdığı ləklərdə torpaqdan çıxan çəhrayı so -
xulcanlarla oynamaq daha maraqlı idi! Soxulcanlar qara tor-
224 paqda qarışqa kimi qaynaşırdılar, ovcunda sıxan kimi, dartınıb
çıxmağa yer axtarırdılar. Anası demişdi ki, soxulcanları incit -
məsin, onların torpağa böyük xeyri var. “Mən onları incit -
mirəm, oynayıram!” – uşaq anasına belə cavab vermişdi.
Böyük qardaşı isə artıq qayığa minib gəmiyə tərəf üzürdü,
avarları var gücü ilə çəkirdi, yaxınlaşdıqca gəmi daha
möhtəşəm görünürdü. Nəhayət, hərbi gəmi boz divar kimi
qayığın qarşısını kəsdi. Oğlan tərəddüd içində trapa yan aldı.
Amma qorxmağa dəyməzdi, çünki nərdivan artıq suya
endirilmişdi, parıldayan qızılı düyməli forma geymiş dənizçilər
nərdivanda aşağı-yuxarı vurnuxurdular. Matroslar farağat
dayanıb hərbi salam verir, sonra da növbə ilə kiçik barkaslara
minirdilər, bu barkaslar onları sahilə çatdıracaqdı. Yuxarı
tərəfdən, göyərtədən komandirlərin qısa əmrləri və şeypur
səsləri eşidilirdi.